Azərbaycan və Pakistan dövlət xidmətləri sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin "ASAN xidmət"in sədri Ülvi Mehdiyevlə görüş keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Pakistan səfirliyinin "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.
"Tərəflər "ASAN xidmət"in uğurlu təcrübəsindən istifadə etməklə dövlət xidmətlərinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə gələcək qarşılıqlı fəaliyyət imkanları barədə fikir mübadiləsi aparıblar", - paylaşımda qeyd olunub.
12:27 13.10.2026
Oxunuş sayı: 197