Rusiyadan Ermənistana nüvə enerjisi ilə bağlı SƏRT mesaj
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov Ermənistanın atom energetikası sahəsində ABŞ və Fransa ilə əməkdaşlığını şərh edib.
Crossmedia.az xəbər verir ki, Şevtsov Ermənistanın atom energetikası sahəsində əməkdaşlığı şaxələndirməsinin müəyyən risklər yaratdığını bildirib.
Onun sözlərinə görə, nə ABŞ, nə də Fransa indiyədək kiçik atom elektrik stansiyası tikib. Şevtsov həmçinin Fransanın kiçik modul reaktorlar üzrə texnologiyaya malik olmadığını iddia edib.
Rusiya rəsmisi qeyd edib ki, “Rosatom” hazırda xarici ölkələrdə, o cümlədən kiçik modul reaktorlar da daxil olmaqla, 30 enerji blokunun tikintisini həyata keçirir.
17:40 08.10.2026
Oxunuş sayı: 70