Elektrikli avtomobillər benzini geridə qoydu – Avropada yeni rekord
Avropa İttifaqında (Aİ) tam elektriklə çalışan avtomobillərin satışları 2026-cı ilin ilk səkkiz ayında ötən ilin eyni dövrü ilə müqayisədə 45 faiz artaraq 1,64 milyon ədədə çatıb.
Crossmedia.az xəbər verir ki, Avropa Nəqliyyat və Ətraf Mühit Federasiyasının (T&E) yayımladığı “Elektrikli avtomobillərdə irəliləyiş hesabatı”na əsasən, elektrikli avtomobillərin yeni avtomobil satışlarındakı payı avqust ayında 28 faizə yüksəlib.
Elektrikli avtomobillərə tələbatın artması fonunda avtomobil istehsalçıları daha aşağı qiymət seqmentlərinə yönəlməyə başlayıblar.
Hesabata görə, 2026-cı ilin ikinci rübündə elektrikli avtomobillər ilk dəfə bir rüb ərzində yalnız benzinlə çalışan avtomobillərdən daha çox satılıb.
17:39 08.10.2026
Oxunuş sayı: 119