Hanninqlə bağlı istintaqın Azərbaycanla əlaqəsi yoxdur
Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) sabiq rəhbəri Avqust Hanninq barəsində aparılan istintaqın Azərbaycanla əlaqəsi yoxdur. Almaniya kəşfiyyat qurumları bu barədə Azərbaycan tərəfinə məlumat verib.
Crossmedia.az xəbər verir ki, bu barədə AnewZ araşdırma aparır. Mənbələrin sözlərinə görə, istintaq başqa ölkələrlə bağlıdır. Hanninqin əldə etdiyi iddia olunan məxfi materiallar üçüncü tərəflərə verilməyib. O, həmin sənədlərdən analitik hesabatlar hazırlamaq üçün özü istifadə edib.
Bu məlumatlar “Der Spiegel” jurnalının ilk dəfə yaydığı, daha sonra isə digər beynəlxalq media qurumlarının dərc etdiyi və Azərbaycanı işlə əlaqələndirən xəbərlərlə ziddiyyət təşkil edir.
1998–2005-ci illərdə Almaniyanın Federal Kəşfiyyat Xidmətinə (BND) rəhbərlik etmiş Hanninq oktyabrın 6-da həbs edilib. Federal Prokurorluq onu casusluq, dövlət sirrinin əldə edilməsi və dövlətə xəyanətə cəhd də daxil olmaqla bir sıra əməllərdə şübhəli bilir.
Prokurorluğun iddiasına görə, Manfred D. kimi təqdim olunan keçmiş köməkçi bir neçə il ərzində Hanninqə təxminən 2 000 sənəd ötürüb. Hanninqin məxfi məlumatlardan xarici kəşfiyyat strukturunun nümayəndəsi üçün analitik material hazırlamaq məqsədilə istifadə etdiyi iddia olunur. Prokurorluq bildirir ki, həmin analizin nəzərdə tutulan şəxsə çatması müəyyən edilməyib.
Prokurorlar ayrıca iddia edirlər ki, Hanninq bir neçə il ərzində başqa bir xarici kəşfiyyat xidmətinin nümayəndəsinə siyasi məlumatlar ötürüb. Bu məlumatların bir hissəsinin Manfred D.-dən əldə olunan materiallara əsaslandığı bildirilir.
Prokurorluq sözügedən xarici kəşfiyyat xidmətlərinin və ölkələrin adlarını açıqlamayıb. Məlumatına görə, qurum “Der Spiegel”in Azərbaycanla bağlı iddiasını şərh etməkdən imtina edib.
Azərbaycan Respublikası Media və Yayım Şurası ölkəni bu işlə əlaqələndirən xəbərləri dezinformasiya və informasiya manipulyasiyası kimi qiymətləndirib. Şura bildirib ki, bu cür məlumatlar Azərbaycan–Almaniya münasibətlərinə zərər vura bilər.
Mənbələr istintaqa Federal Prokurorluq cavabdehdir. Onlar işdə hansı ölkələrin və kəşfiyyat xidmətlərinin iştirak etdiyinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayaraq Almaniya ictimaiyyətinin bunu bilməyə haqqı olduğunu qeyd ediblər.
“Reuters” yazır ki, Hanninq casusluq iddiaları ilə bağlı şərh sorğusuna cavab verməyib.
16:33 07.10.2026
Oxunuş sayı: 60