Mask Trampın yeni termin seçimini dəstəklədi
Amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampın “süni intellekt” əvəzinə “super intellekt” terminindən istifadə etmək qərarını dəstəkləyib.
Crossmedia.az xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Daha süni intellekt yoxdur. Sİ – “super intellekt”. Belə daha yaxşıdır”, – deyə Mask yazıb.
Qeyd edək ki, Donald Tramp sentyabrın 29-da imzaladığı sərəncamla ABŞ hökumətinin rəsmi yazışmalarında, saytlarında, hesabatlarında və digər sənədlərində “Artificial Intelligence” və “AI” əvəzinə “Super Intelligence” və “SI” terminlərindən istifadə edilməsini tapşırıb.
Sərəncama əsasən, hazırkı mərhələdə “Super Intelligence” termini qanunvericilikdə süni intellekt anlayışına aid edilən eyni texnologiya və sistemləri ifadə edir. ABŞ administrasiyası 60 gün ərzində “super intellekt” üçün ayrıca federal tərif hazırlanmasına dair təkliflər təqdim etməlidir.
Tramp yeni terminlə bağlı niyyətini sentyabrın 22-də BMT Baş Assambleyasındakı çıxışı zamanı açıqlamışdı.
15:27 04.10.2026
Oxunuş sayı: 44