Araşdırma

İranda yaşayan farslar kimdir?

I yazı

Fars, pers, pars, iran, arian persiya adları ilə müxtəlif dövrlərdə yazılmış ədəbi və tarixi əsərlər bu xalqın, etnosun milli kimliyini üzə çıxarmağa imkan vermir. Fars etnoniminin iran ilə sinonimləşdirilməsi tacik, bəluc, kürd, puşdun kimi farsdilli mədəniyyətləri kölgə altında qoymaqdadır. Pəhləvilərin hakimiyyətə gəlməsindən az sonra 1934-cü ildən başlayaraq Qacarlar imperiyasının ərazisində yeni irançılıq siyasəti başlandı. Farsların etnogenezi və İran ərazisində dominant xalqa çevrilməsi tarixi qaranlıq səhifələrlə doludur. Müxtəlif dövrlərdə, xüsusilə də pəhləvilər dövründə yazılmış çoxcilidli tarix kitabları sanki, suallara cavab vermək üçün deyil, həqiqətləri qarışıq hadisələrin arxasında gizlətməyə xidmət edir.

Bu gün İran coğrafiyasında özünü fars olaraq identifikasiya edən xalqın etnik mənşəyindən başlayaraq keçdiyi tarixi yolu, mədəni təkamülü, qəhrəmanları, mədəniyyəti, musiqisi, mətbəx mədəniyyəti və digər özünüifadə formalarını, xüsusilə də dil xüsusiyyətlərini müəyyənləşdirmək üçün mədəni varislik zəncirini ortaya çıxarmaq çox çətindir, mümkünsüzdür. Odur ki, tarixi mənşəyindən müasir dövrümüzə deyil, müasir dövrümüzdən mənşəyə doğru araşdırmaq daha məqsədəuyğundur.

Müasir İranın şəhərlərində “mən farsam” deyən şəxslərin axtarışı birmənalı nəticə vermir. Xüsusilə də Tehran şəhərində “pedarbozorg mən tork bude” (mənim babam türk olub) kimi cavablar axtarışın metodikasını müəyyənləşdirməyi tələb edir. Fars ostanının (əyalətinin) əhalisi də qarışıq etnik tərkibə malikdir. Mən iranlıyam “identifikatoru” SSRİ (Sovet hökuməti) illərində “mən sovet vətəndaşıyam” identifikatorunun eynisidir. Hər bir iranlının daxilində onun fars, kürd, türk, lor, bəluc kimliyi ifadə olunur. 

Odur ki, özünü fars olaraq ifadə edən şəxslərin şəcərəsi və buradan ortaya çıxan etno-mədəni mənzərəni müəyyənləşdirmək daha düzgün olardı. Bu baxımdan, Həmədan şəhərində  dünyaya gəlmiş və 2003-cü ilin Nobel mükafatı laureatı olan Şirin İbadinin əhvalatı diqqəti cəlb edir. O, Həmədan şəhərinin baş natariusu olan, ticarət hüququ üzrə profesor Muhammed Əli İbadinin ailəsində dünyaya gəlib. Nobel mükafatının təqdimatı mərasimində mədəni kimliyini anladaraq deyir: “Mən iranlıyam. Böyük Kuroşun nəslindənəm. 2500 il əvvəl hakimiyyətin zirvəsində “...xalq istəməsəydi, mən, hökmranlıq etməzdim” deyən həmin imperatorun. O, heç kəsi dini və ya inancını dəyişməyə məcbur etməyəcəyinə söz verdi və hər kəs üçün azadlığa zəmanət verdi. Böyük Kuroşuin Xartiyası insan hüquqları tarixində öyrənilməsi lazım olan ən mühüm sənədlərdən biridir”.

Bu çıxış tarixi çıxışdır və bizim suallarımıza cavab verəcək ip uclarını müəyyənləşdirir. Şirin İbadi öz əcdadlarının axtarışında Firdovsidən daha da irəli gedir. Bilirik ki, Firdovsi öz şahnaməsində yalnız Sasanilər dövrünün hökmdarlarını xatırlayır və mədh edir. Sasanilərdən qabaq yaşamışları tanımır. Onun əsərində nə parfiya, nə də Həxamənişi hökmdarları yer almır.

Rza Pəhləvinin sifarişi ilə yazılmış tarix kitablarından iqtibas edərək Kuroşu dünyanın ən “humanist” insanı kimi təqdim etmək və bunu dünyanın ən mötəbər kürsülərindən birindən elan etmək mükəmməl bir informasiya mühəndisliyidir. Firdovsi ilə Şirin İbadinin yeganə ortaq cəhəti hər ikisinin müsəlmanlıqdan uzaq olmalarıdır. İslam təəssübi ilə nə Kuroşa, nə də Sasanilərə təəssüb etmək mümkün deyil.

Əlbəttə ki, İranın Fars əyalətində və Həmədandan cənuba doğru bir sıra reqionlarda “mən Kuroşun nəslindənəm” və ya “Daryuşun nəslindənəm” deyənlər vardır. Lakin bu qrup insanlar daha çox passifisdirlər, islamla atəşpərəsliyi sintez etməyə, bütün dinlərin qohum olduğunu iddia edərək “orta dini model” qurmaq düşüncəsindədirlər. İranın şimalında yaşayan türklərə “siz farssınız, moğollar iranı işğal edəndə dönüb türk olmusunuz” fikrini də irəli sürənlər bunlar deyillər. Əslində onlar farsları  seçilmiş olanlar hesab edirlər və mifologiyadan irəli gələn bir sıra ənənələri də gündəlik həyatlarında yaşadırlar.

XIX əsrin ortalarında Bəhayiliyin yaradılması da dinlərin sintezi olaraq qarşıya çıxdı. Dinlərə olan belə bir yanaşma Sasanilər dövrünə də xarakterikdir. O zaman da İran coğrafiyasında aktiv din yaradıcılığı ilə məşğul olurdular. Erkən xristianlar, mandaçılar, mitraçılar – bir çox dinlər iranın cənub əyalətlərində biri-biri ilə yarışırdılar. Lakin belə bir yanaşma ölkədə dominant ola bilməzdi, necə ki, olmadı.

Firdovsinin yaradıcılığı “300 il sükütdan sonra” sərlövhəsi ilə qiymətləndirildi və onun süjetlərində islam motivlərinin olmaması da heç kimi təəccübləndirmədi. Bizim uzun müddət orta məktəb dərsliklərimizdə dünya ədəbiyyatı olaraq qəbul edilmiş və tədris olunan Ə.Firdovsi əsərləri YUNESKO-da “rasist motivlərinin” çox olduğu səbəbindən təbliğ olunması qadağan edilib.

Son min ildə İran coğrafiyasında fars etnosunun formalaşması ilə əlaqədar göz önündə olan böyük tarixi hadisələr yoxdur. Odur ki, göz önündə olmayan hadisələri axtarmaq lazım gəlir. Məsələn, böyük fars etnosunun olmadığı halda fars dili bir müddət Osmanlı İmperatorluğunda, Böyük Moğollar İmperiyasında, bir müddət də Qacarlar zamanı hansı səbəblərdən saray dili olaraq  qəbul edildi? Məlumdur ki, o zaman da fars dili ümümxalq dili deyil, yalnız saray dili, rəsmi kommunikasiya dili və tədricən formalaşan aristokratiyanın dili olaraq tanınırdı. Nəticədə də, fars dili ümümxalq dilinə çevrilmədi.

Fars dilinin inkişafında üç mərhələ oldugunu iddi edənlər bu mərhələlər arasına əlaqələr barədə əsaslı heç bir fikir irəli sürmürlər. Belə bir tarixi bagın olmasını hətta Pza Pəhləvinin sifarişi ilə yazılmış tarix kitablarında da əsaslandıra bilməmişlər. Lakin islam mədəniyyəti dövründə dərvişlərin böyük bir cografiyada farsdilli protest ədəbiyyatının təblig etdiyini, xanəgahlarda, dərviş ocaqlarında fars dilinin tədris olundugunu bilirik. Fars dili rəsmi ərəb-islam aristoktatiyasının alternativi olataq, protest  auditoriyasına yonəldilmiş bir alət olaraq qəbul edilirdi. Hər bir dərvişin arxasında “ag əbalı möbid” dururdu.

Müasir İranda yaşayan farsdilli xalqların öyrənilməsi maraqlı bir mənzərəni qarşıya çıxarır. Hazırda fars (iran) dilli xalqları bəzi tədqiqatçılar otuz beş qrupa, bəziləri on qrupa bölür. Lakin bu qruplaşmada dil qrupları ləhcələrlə qaraşdırılır və dil qohumluq dərəcəsini müəyyənləşdirmək olmur. Odur ki, onları əsasən üç qrupa bölməyi daha düzgün hesab edirik. 

1. Qarşılıqlı anlaşılan fars dilli xalqlar.
2. Qarşılıqlı çətin anlaşılan fars dilli xalqlar.
3. Qarşılıqlı anlaşılmayan fars dilli xalqlar.

Birinci qrupa İranın rəsmi dövlət dili olan fars dili ilə yanaşı dari (əfqanıstan) və tacik (tacikistan) dillərini daxil etmək olar. Bu xalqların dil fərqləri o qədər azdır ki, biri-birindən uzaq məsafələrdə məskunlaşmalarına baxmayaraq rahatlıqla anlaşırlar. 

İkinci qrupa Gilan, Mazandaran və lorları daxil etmək olar ki, onların dilini çətinliklə də olsa anlamaq olur. Eyni mədəni arealda olmalarına baxmayaraq bu dillər arasında ciddi inteqrasiya prosesi baş verməmişdir.

Üçüncü qrupa bəluclar, kürdlər və puştunları daxil etməliyik. Bu xalqlar da eyni mədəni arealda olmalarına baxmayaraq dillərin müasir iran farscasına heç bir yaxınlıgı hiss olunmur və qarşılıqlı anlaşılmır. Bəziləri burada din faktorunu qeyd edirlər. Bəlucların, pəştün və kürdlərin sünni olmaları yaqin ki, bu məsələyə öz təsirini qoymuşdur. Lakin, diqqəti cəlb edən bir cəhət də ondan ibarətdir ki, İran cografiyasından kənarda olan dillərlə (dari,tacik) yaxınlıq daha çox hiss edilir baxmayaraq ki, onlar da sunnidirlər. 

Tehran-Şiraz-İsfahan üçbucagında formalaşan müasir fars dili digər farsdilli xalqları özlərinə bərabər hesab etmir və əslində kütləvi assimilyasiyada da maraqlı tərəf kimi görsənmir. Son yüz ildə fars dili İranda yeganə tədris dili olmasına baxmayaraq bu farsdilli xalqlarda ciddi inteqrasiya təmaülləri görsənmir. Əlbəttə ki, reqionlarda hələ də davam edən savadsızlıq da öz rolunu oynayır. Yalnız bu xalqların “elitasını” assimilyasiya edərək onlardan idarəetmədə istifadə olunur. Belə bir yanaşma həm tarixi köklərə malikdir, həm də dini inanclardan irəli gəlir. Fars etnik qruplarının sosial quruluşu haqqında E.Blavatskinin tədqiqatlarında maraqlı ümumiləşdirmələr edilir. E.Blavatskiyə görə  hind-avropa dil qrupuna daxil olan parsların etnik olaraq sosial strukturu üç təbəqəyə bölünürdü – birinci təbəqəyə - ağ əbalı möbidlər, ikinciyə - əsgərlər və şəhər sənətkarları, üçüncüyə  - kəndlilər və xidmətçilər daxil edilmişdir. Bu təbəqələr arasında aşağıdan yuxarı iyerarxiq tabeçilik mövcud idi.

Xalqın qəhrəmanları ilə əlaqədar onun mifologiyasına nəzər salmaq lazımdır. Fars-iran mifologiyasında “erməni tarixi” elementləri özünü göstərir. Mitraçılıqdan, anahid məbədindən qalmış rəvayətlər formasını dəyişdirərək bu günə qədər saxlanılıb. Fars mifologiyası əsasən atəşpərəstlik dövrünün mifik qəhrəmanları və Firdovsinin "Şahnaməsi"nin sujetlərinə oxşar rəvayətlərdən ibarətdir. Tarixi qəhrəmanların, sərkərdələrin, hökmdarların mədhini edən rəvayətlər yoxdur. Yaradılmış müasir qəhrəmanlardan isə əgər Qasım Süleymani və Razi Musəvinin mənşəyinə  baxarıqsa birincisi lurestanlı, ikincisi Semnanda yaşasa da Zəncan türklərindəndir. Bu kimi “qəhrəmanların” da arxasında “ağ əbalı möbidlər” dayanır.

Musiqi mədəniyyəti sufi yaradıcılıgının təsiri altında formalaşıb. Farsdilli reqionlarda müxtəlif yerli interpretasiyalar olsa da fars-hind musiqi ənənələri olaraq qədim və orta əsr sufi dərviş məclislərinin elementlərini qoruyub saxlamışdır.

İran-fars mədəniyyətində ədəbiyyat xüsusi yer tutur. Bu istiqamətdə fars dilinin xüsusiyyətləri konsalidasiya rolu oynamış və xeyli sayda fars olmayan mütəfəkkirlər bu dildə unikal ədəbiyyat nümunələri yaratmışlar. Fars dili dəqiq və elmi fikri ifadə etməkdə qüsurlu olsa da ədəbiyyat, xüsusilə də poeziyada mükəmməl alətlərə malikdir. Uzun müddət ölkədə elm dil ərəb dili olduğundan fars dili poetik dil olaraq inkişaf etdi və bu dildə elmi biliklərin əldə olunması  problemli olaraq qaldı.

İranda bir tərəfdən fars olmayan xalqların farsdilli ədəbiyyatını özününküləşdirmək, digər tərəfdən fərqli farsdilli xalqların ədəbiyyat nümunələrini iranlaşdırmaq təmayülü qeyri-sağlam mühit yaradır. Dünyanın müasir ədəbiyyat mühitində Rabinqranat Taqorun ingilis dilində yazmasına baxmayaraq hindistanlı olmasını sübut etməyə ehtiyac yoxdur. İran-fars ideoloqlarından fərqli olaraq ingilislər bütün ingilisdilli ədəbiyyat nümunələrini özlərinin ədəbi mirası hesab etmirlər.

Farsların milli əlifbalarının olmaması diqqəti cəlb edir. İslamaqədər farslar atəşpərəstlik dini düşüncələrini aramey əlifbasından istifadə edərək yazırdılar. Möbidlər əlifbadan kripto yazışmaları üçün istifadə edir və yazı bacarıqlarının geniş yayılmasında maraqlı deyildilər. VII əsr ərəb səyyahları da fars dilinin yazılışında kripto əlamətlərin olduğunu öz əsərlərində qeyd edirlər. İslam mədəniyyəti ilə geniş yayılmağa başlayan ərəb əlifbası yeni dövrün başlanğıcını qoydu. Farslar bu əlifba əsasında öz yazılarını formalaşdıraraq ona həvəslə fars əlifbası adı verdilər. Bu əlifba ilə kürdlər, türklər, bəluclar və digər islamı qəbul etmiş xalqlar da milli dildə yazmağa başladılar lakin əlifbanı milli əlifba olaraq adlandırmadılar.

Pza Pəhləvinin XX əsrin 30-cu illərində persiya toponimi əvəzinə iran toponimini dövriyyəyə daxil etməsi bu iki toponimi sinonim anlayışlara çevirdi. Yenidən yazılan tarix kitablarında mifoloji persiya qədim iran tarixi adlandırıldı. Pəhləvilər ənənəvi islama etimad etmədiklərinə görə yeni din formalaşdırmaqda ciddi cəhdlər göstərdilər. Bəhayilər dövlət strukturlarında yüksək vəzifələrə təyin olunur və ölkənin elitasını təşkil edirdilər. İran İslam Respublikası da ənənəvi islam ilə barışmır, hətta dövlət siyasətində ərəb düşmənçiliyini təbliğ etməkdən də çəkinmirdilər. Şiəlik adı altında yeni hədislər ortaya çıxarır, Quran ayələrinin yeni interpritasiyasını edir, yeni marginal din formalaşdırmağa çalışırdılar. Bir zamanlar Azərbaycanda ölüləri dirildən şeyx nəsrullahlar iranda yüksək dərəcəli din xadimləri olaraq peyğəmbərlərlə, imamlarla, müxtəlif müqəddəslərlə danışa bilir, onlarla məktublaşır, onların öyüd və məsləhətlərini insanlara çatdırırlar. Bütün bunlar İran-fars mədəniyyəti olaraq qarşımıza çıxır.

Pərviz Kazımi 

Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru

06:01 03.01.2025

Oxunuş sayı: 35575

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR