Əfqanıstan və Pakistan Dohada sülh danışıqlarına başlayıb

Əfqanıstan və Pakistan son sərhəd toqquşmalarını həll etmək məqsədilə Dohada sülh danışıqlarına start verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə Əfqanıstan müdafiə naziri Molla Məhəmməd Yaqub və Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif iştirak edir.
Danışıqlar Qətərin vasitəçiliyi ilə keçirilir və məqsəd transsərhəd terrorizminin qarşısını almaq, eləcə də regionda sabitliyi təmin etməkdir.
23:35 18.10.2025
Oxunuş sayı: 884