Əhmədinejad yenidən səhnədə – Tehranda gizli toplantı keçirilib

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad uzun fasilədən sonra ictimaiyyət qarşısında yenidən görünüb.
Crossmedia.az “Ensaf News”-a istinadən xəbər verir ki, oktyabrın 17-də Tehranda onun iştirakı ilə siyasi, mədəni və media nümayəndələrinin, həmçinin əyalət şuralarının üzvlərinin ümummilli toplantısı keçirilib.
Toplantıda ölkənin mövcud vəziyyəti və çıxış yolları müzakirə olunub, həmrəylik və ictimai konsensusun vacibliyi vurğulanıb. Əhmədinejadın çıxışının mətni və videosu hələ yayımlanmayıb, bu isə onun yenidən ictimai səhnəyə qayıdışı kimi qiymətləndirilir.
Türkanə Məşədiyeva
22:01 18.10.2025
Oxunuş sayı: 891