Azərbaycan tarix və mədəniyyətində rol oynayan tanınmış nəsillər -KƏNGƏRLİLƏR

1. Ehsan xan Kəngərli (1789-1846)
O, İrəvan və Naxçıvan xan-lıqlarının, Ordubad dairəsi-nin səlahiyyətli nümayəndəsi qismində Türkmənçay mü-qaviləsini (1828) imzalamış, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunmuş və general-mayor rütbəsi almışdır.
1826–1828-ci illər Rusiya–İran müharibəsində
Abbasa-bad qalası qarnizonunun hərbi rəisi və İran ordusunda sərhəngi (polkovnik) olmuş və sonradan rusların tərəfinə keçərək qalanın alınmasında onlara yardım etmişdir. O, Naxçıvanda ilk rus-tatar qəza məktəbi açdırmışdır. Kəngər-linin adı Kremlin Georgi salo-nunda qızılı hərflərlə yazıl-mışdır.
2. İsmayıl xan Naxçıvanski (1819-1909)
General-mayor. Ehsan xan Kəngərlinin oğludur. Tiflis hərbi gimna-ziyasını bitirmiş (1839) və bir il sonra poruçik rütbəsi almışdır. O, Xurşud Banu Natəvanın qızı Xanbikə xanımı oğlu Əman xana alıb, Qarabağ xanlığı ilə qohum olmuşdur.
Uzun müddət Qafqaz Əlahid-də Ordusunda xidmət etdikdən sonra ona, 1844-cü ildə ştabs-kapitan, 1860-cı ildə isə alay komandiri kimi polkovnik rüt-bəsi və sonra general-mayor rütbəsi verilmişdir. 1877-1878 -ci illər Rusiya-Türkiyə müha-ribəsində göstərdiyi sərkərdə-lik fəaliyyətinə görə general-mayor rütbəsinə layiq görül-müşdür.
3. Kəlbəli Xan Naxçıvanski (1824 - 1883)
Ehsan xan Kəngərlinin oğlu-dur. 14 yaşında ikən Peter-burqdakı zadəgan uşaqlarına məxsus Paj korpusu məktə-binə verilmiş, lakin qəfildən xəstələndiyinə görə, Naxçı-vana qayıtmalı olmuşdur. Müalicədən sonra zabit kimi fəaliyyət göstərmişdir.
Cəfərqulu Xan və Hüseyn xan Naxçıvanskilər, onun oğulları olmuşlar.
1849-cu ildə könüllü olaraq Dağıstan yürüşündə iştirak et-miş, döyüşlərdə igidlik göstər-diyinə görə zabit rütbəsinə la-yiq görülmüşdür. Krım müha-ribəsində (1853–1856) igidlik-lə vuruşmuş, 1855-ci ildə leyb-qvardiya Qusar polkuna komandir təyin olunmuş-dur. 1877–1878-ci illər rus–türk müharibəsində azərbay-canlılardan ibarət Irəvan süva-ri briqadasının komandiri tə-yin olunmuşdur.
4. Qönçəbəyim
Şairə, "Qönçeyi-ülfət" ədəbi məclisinin iştirakçısı, Ehsan xanın qızıdır. 1837 ildə Naxçıvanda açılmış rus məktəbinə daxil olmuş, rus və fars dillərini öyrənmiş, Şərq ədəbiyyatına maraq göstərmişdir.
"Bəyim" təxəllüsü ilə lirik şerlər yazmışdır. "Şahzadə İbrahim" dastanına daxil edilən və Bəyimin dilindən deyilən şeirlərin bir qisminin ona aid olduğu ehtimal olunur.
5. Cəfərqulu Xan Naxçıvanski (1860-1920)
Kəlbəli Xanın oğludur. Araz-Türk Cümhuriyyətinin süqutundan sonra Kəlbəli xan və Kərim xan Irəvanski ilə birlikdə mahalda yeni Müvəqqəti hökumət quru-munu yaratmış və onun sədri olmuşdur. Sovet hökuməti onu “qardaş qırğınlarının təşkilatçısı” və “antisovet təbliğatçısı” damğaları ilə 1920-ci ildə repressiyaya məruz qoymuşdur.
O, AXC-nin dövründə Naxçı-van Milli Komitəsinin sədri kimi bölgənin erməni təcavüz-ündən müdafiəsində, əhalinin daşnakların törətdikləri qırğın-lardan xilas edilməsində fəal iştirak etmişdir. Mahalın so-vetləşdirilməsi dövründə Naxçıvan Milli Şurasının sədri kimi yenə də bölgənin türk-müsəlman əhalisinin erməni-lərdən müdafiəsi işində fəallıq göstərmişdir.
6. Hüseyn xan Naxçıvanski (1863-1919)
General-leytinant. 1883-cü ildə Peterburqdakı Paj kor-pusunu əla qiymətlərlə bitir-miş və oradakı 1-ci qvardiya süvari diviziyasının leyb-qvardiya süvari alayında 1898-ci ilədək xidmət etmiş və eskadron komandiri vəzifəsində Qafqaz hərbi da-irəsinə göndərilmişdi. 1889-cu ildə məşhur şair, tər-cüməçi və naşir N.Gerbelin qızı Sofya Nikolayevna ilə ailə qurmuş və 3 övladı ol-muşdur. O, 1919-cu ildə Petroqradda bolşeviklər tərə-findən həbs edilmiş və güllə-lənmişdir.
Rusiya-Yaponiya müharibə-sində (1904-1905) qafqazlı-lardan ibarət 2-ci Dağıstan süvari alayına, 1912-ci ildə 1-ci Əlahiddə süvari briqada-sına, I Dünya müharibəsində 2-ci süvari diviziyasına, Qaf-qaz müsəlmanlarından ibarət "Vəhşi diviziya"ya və polyak-lardan ibarət süvari diviziya komandirlik etmiş və ona xidmətlərinə görə general-leytenant və tam süvari qoşu-nu generalı rütbəsi verilmişdi.
7. Cəmşid Naxçıvanski (1895- 1938)
Cəfərqulu Naxçıvanskinin oğludur. O, məşhur Naxçı-van xanları sülaləsinin axı-rıncı, altıncı generalı, briqa-da komandiri idi. Cəmşid anası Fərrantac xanımın sa-yəsində 7 yaşında Azərbay-can dilində yazmağı, dayə-sinin sayəsində sərbəst şəkil-də rus və fransız dillərində danışmağı öyrənmişdir. 1911-ci ildə Tiflis kadet (ye-niyetmə) korpusunu, 1915-ci ildə Yelizavetqrad qvardiya məktəbini uğurla bitirmişdir.
O, sovet dönəmində də hərbi sahədə böyük işlər görmüş-dür. XX əsrin 30-cu illərinin ortalarında C.Naxçıvanski guya başçılıq etdiyi "casus təxribat dəstəsi" ilə müha-cirətdə olan qardaşları Davudxan və Kəlbali xanla sıx əlaqə saxlamaqda təqsir-ləndirilərək repressiyaya mə-ruz qalmışdır.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra onlar rəsmi icazə alıb İrana getmiş, qısa müddətdə Şah qvardiyasında yüksək rütbələrə çatmışdılar. Sovet hökuməti onların antisovet fəaliyyətini dayandırmaq üçün İran hökumətinə təzyiqlər etmiş, notalar vermişdir. Nəticədə, Kəlbalı xan Azərbaycanla sərhəddə xidməti vəzifəsindən uzaqlaşdırılmışdı. Cəmşid Naxçıvanskinin Sovet Ordusunda briqada komandiri olmasını, ata-babalarının isə rus ordusunun tərkibində İran ordusuna qarşı vuruşmasını bilən şah onları güllələtmişdir.
I Dünya Müharibəsində mü-səlmanlardan ibarət süvari eskadronun komandiri olmuş, "Brusilov cəbhəsi"nin yarıl-masında iştirak etmişdir. Avs-triya-Rumıniyaya cəbhəsində üç dəfə yaralanmışdır. 15 sentyabrda türk qoşunları və Azərbaycan Əlahiddə Kor-pusu ilə birgə Bakını daşnak, ermənilərdən ibarət olan və in-gilislərə arxalanan "Sentrokas-pi diktaturası" qüvvələrindən təmizləmişdi. Azərbaycanın müstəqilliyi uğrunda inamla vuruşmuşdur. AXC-nin naziri, artilleriya generalı Səmədbəy Mehmandarovun əmri ilə I sü-vari tatar alayının komandiri II Qarabağ süvari alayının ko-mandiri təyin edilmişdir. 1920-ci ilin martında onun Qarabağda (Şuşada) yer-ləşən alayı daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak etmişdir.
8. Hüseyn sultan Kəngərlinski (1836-1896)
Ordubad bəyi, maarifçi. 1896-cı ildə vəba xəstəliyin-dən vəfat edib. Ordubad şə-hərində dəfn edilib. O, Ordubadda müasir məktəb-lərin açılması və ticarətin in-kişafı istiqamətində işlər görmüşdür.
9. Məmmədqulu bəy Kəngərlinski (1864-1905)
Tiflis hərbi məktəbinə - kadetlər korpusuna daxil olur və sonra təhsilini davam etdirmək üçün Sankt-Peterburq hərbi Mixaylovski ali topçu məktəbinə girir. Burada 1882-ci ildə unter-zabit rutbəsini yüksəlir. O, sonralar xalqının hüquqlarını qorumaq məqsədilə vəkil ixtisasına yiyələnmiş və həmçinin, pedaqoq olmuşdur.
Qafqazda birinci dəfə müsəl-man leyli məktəbi-pansion açdı və onu inkişaf etdirdi. Müsəlman mllətinin hüquqla-rını tələb etmək üçün, canişin qraf Voronsovun yanına Peter-burqda getdi. Onun bu fəaliy-yəti hökuməti və erməniləri ona qarşı qaldırdı. Buna görə də, o, öz fəaliyyətini Paris şə-hərinə gedərək davam etdir-mək istədi. Lakin, Batumda gəmi ilə yola çıxmaq ərəfə-sində 1905-ci ildə erməni terrorçuları tərəfindən şəhid edildi.
10. Bəhruz Kəngərli (1892-1922)
Rəssam. "Xeyriyyə" adlı yeni tipli şə-hər məktəbində oxumuşdur. Azərbaycan rəngkarlıq sənə-tində ilkin akademik rəsm üslubunda işləyərək realist ə-sərləri ilə novatorluğa yol açmışdır.
11. Şeyxəli xan və oğlu Məmmədsadıq ağa
İş adamı, tacir və maarifçi. Ordubad qəzasında kənd təsərrüfatı, təhsil və sənayenin inkişafına (yeni ipək fabriki və zavodların, daş karxanalarının açılması) təsir göstəribdir.
09:12 17.10.2025
Oxunuş sayı: 2239
