Stalin dövrünün yəhudi elitası və repressiyaların başlanması
Hələ Yekaterina zamanında Avropadan qovulan yəhudilər üçün Ukrayna və Belarus ərazilərində “xüsusi məskunlaşma” hüququ verilmişdı. Bu yəhudilər əsasən Şərqi Avropa yəhudiləri idilər və onlar özlərini “Aşkinaz” olaraq adlandırırdı.
Rusiya
imperiyasında yəhudilərin sıxışdırılması halları haqqında xeyli yazılar yazılsa
da, bu müxtəlif sahələrdə yəhudilərin fəaliyyət məhdudiyyətini göstərmirdi.
Xüsusilə də bolşevik hərəkatında və sonralar SSRİ-nin quruculuğunda yəhudi əsilli
siyasi xadimlər, alimlər, incəsənət xadimləri geniş şəkildə fəaliyyət göstərirdilər.
Siyasi rəhbərlikdə, nazirliklərdə, akademik sahələrdə, tibb sahəsində, xüsusi
xidmət idarələrində və diplomatiya sahəsində yəhudi əsilli Rusiya vətəndaşları
çox sayda çalışır və bir çox hallarda da sahənin dominant şəxsinə çevrilirdilər.
Stalin dövrü repressiyalarında onlar bir tərəfdən repressiyanı təşkil edir,
digər tərəfdən repressiyaların qurbanı ola bilirdilər.
1924-cü ildə V.İ.Lenin öldükdən sonra siyasi hakimiyyətə gələn Stalin güclü müxalifətlə qarşı-qarşıya gəldi. Sol müxalifət - Trotski (Leyba Bronşteyn), Zinovyev (Ovsey-Qerşen Radomsılski), Kamenyev (Lev Rozenfeld) və sağ müxalifət olan Buxarinçilər güc mərkəzləri idi. Göründüyü kimi siyasi elitanın böyük əksəriyyəti yəhudi əsilli idilər. Digər tərəfdə də partiyanın baş katibi Stalin dururdu. İlk baxışdan bu ideolojı vəzifə idi və Stalinin icra hakimiyyətində təsirləri az idi. Lakin Rusiya imperiyası zamanından quldurluq, soyğunçuluq və müxtəlif təxribat işlərində təcrübəli olan Stalin qarşısında duran maneələri tədriclə aradan götürməyi bacarırdı. 2025-ci ildə Qafqaz respublikalarında siyasi lider hesab edilən Nəriman Nərimanov aradan götürülür. 1926-cı ildə Bakıda keçirilən I Türkolojı qurultaya mane ola bilmirlər.

1927-ci ildə
keçiriləcək Oktyabr inqilabının ildönümünə həsr edilmiş “paradda” rəyasət heyyətini
qorumaq üçün hərbi akademiyanın kursantlarını cəlb edirlər və Oxotnikov
familiyalı bir gənc də bu sıyahıya daxil edilir. Kursantları Frunze adına hərbi
akademiyanın rəisi general Robert Petrovic Eydoman özü şəxsən
seçir. Vladimir Pitenka, Arkadi Geller və Yakov Oxotnikov. Eydoman bu
kursantların keçmişi və kimliyi haqqıda tam məlumata malik idi. Onların müxalifətçi
düşüncələri, partiyadan xaric edilməsi və sonra yenidən bərpa olunması, gizli
müxalifət mətbəəsinin yaradılması və gizli fəaliyyətdə iştirak etdikləri haqqında
xəbəri var idi.
Y.Oxotnikov müxalifət
cəbhəsində aktiv iştirak edirdi. 1926-cı ildə müxalifətin gizli mətbəəsi üzə
çıxanda onu da təxribatçılıqda ittiham etdilər və partiyadan xaric olunması gündəmə
gəldi. General Yakir və Frunze hərbi akademiyasının rəyisi Robert Petrovic
Eydomanın tövsiyyəsi ilə Y.Oxotnikovun partiyadan qovulması əleyhinə
çıxış edirlər və onu yenidən akademiyaya qaytarırlar.
Parad
zamanı müxtəlif müxalifətçi qrupların təmsilçiləri şüarlar verir və öz
plakatlarını qaldırırdılar. “Rədd olsun yumuruq və bürokratiya”, “Leninin
vəsiətlərini yerinə yetirək” şüarları Trotski tərəfdarlarına aid idi və polislər
plakatları nümayişçilərin əlindən alıb çırırdılar. Rəyasət heyəti tribunadan
bu hadisələri görürdü və tribunada gərginlik hiss olunurdu.
Tribunada nələr
baş verdiyini hadisə iştirakçıları öz xatirələrində fərqli şəkildə qeyd edirlər.
Lakin məlumdur ki, tribunada Stalin huşunu itirir və ona təcili yardım etmək
lazım gəlir. Stalinin nəfəsi daralır, rəngi ağarır, başını tutur. Hadisə zamanı
yaxınlıqda olan tanınmış alim, akademik V.Bexterev dəvət olunur. Onu tribunaya
çağırırlar, o Stalini müayinə edir, dərman verir və onu pristupdan çıxarır. Vəziyyəti
öyrənən alim ona “ağır paranoya” diaqnozu qoyur. Bir neçə gündən sonra Bexterev
ölür. Rəsmi olaraq qida zəhərlənməsi qeyd edilir. Həqiqətdə isə çox sağlam olan
alimin Stalinin tapşırıgı ilə zəhərlənməsi xəbəri yayılır.
Tribunada
olanları qorumaq əvəzunə kursant Y.Axotnikovun həyəcanla Stalinə hücum etməsi və
onun başını yumuruqlamasını çoxları
görür. Stalinin cangüdənləri irəli gəlirlər və onlardan biri İvan Yusis bıçağı
ilə Y.Axotnikovu əlindən yaralayır və qan tribunanın mərmər döşəməsinə axır.
Budyonnı və Voraşilov da hadisəyə müdaxilə edirlər və kursantı sürüyərək baş
katibin yanından uzaqlaşdırırlar. Rəyasət heyətinin digər iştirakçıları
Stalini tribunadan çıxarırlar və Y.Axotnikovu isə əllərini burub yerə uzadırlar.
Rəhbərə
hücum etdiyinə görə şübhəsiz ki, kursantı həbs və edam etməli idilər.
Hamı bu düşüncədə idi. Ancaq onu heç həbs də etmədilər. Axotnikovu Qızıl
ordunun nüfuzlu komandirləri müdafiə edirdi. Frunze adına hərbi akademiyanın rəisi
R.Eydoman baş vermiş hadisədə şəxsi günahı olduğunu hiss edərək birinci çıxış
edir. O deyirdi: “Axotnikov nə terroristdir, nə də düşməndir. Bu bir sinir
böhranıdır və affekt halıdır”.
Eydomanı general
Yakir də dəstəklədi. Bu illərdə general Yakir Ukrayna hərbi dairəsinin
komandiri və SSRİ icraiyyə Komitəsinin üzvü idi. Kursantı müdafiə edən üçüncü şəxs
general Tuxaçevski oldu. O, məsələyə siyasi şərh verir və qeyd edir ki, “əgər
Axotnikovu güllələsək insanlara cavab verməliyik. Əgər onun rəhbərə sui-qəsd etdiyini qəbul edəriksə deməli ölkənin ən mühüm meydanında və ən mühüm tədbirində
təhlükəsizliyin olmadığını etiraf etməliyik”. Yəhudi əsilli bu üç general bir
kursantı müdafiə etdilər.

1927-ci ildə
Stalin hələ “millət atası” deyildi. O başa düşürdü ki, ordunun yüksək dərəcəli
generallarını dinləməmək, onlarla hesablaşmamaq olmaz. Yakir, Eydeman və
Tuxaçevski vətəndaş muharibəsi qəhrəmanlar idi və onların əleyhinə gedəcək qədər
Stalin hələ güclü deyildi. Qarşıda sağ cərəyan və Buxarinçilərlə mübarizə
dururdu. Hələ ordu Stalinə lazım idi və onlarla konfliktə getməyin zamanı
deyidı. Odur ki, Stalin çıxışçılarla razılaşır. Y.Oxotnikov həbs olunmur və
akademiyada təhsilini davam etdirir və oranı bitirir.
1930-cu illərdə
SSRİ-nin sənayeləşmə dövrü başlanır və yüz minlərlə insan Sibirdə başlanan
böyük tikintilərə cəlb olunur. Ölkədə aclığın və məhrumiyyətin hakim olduğu
zamanda mətbuat sənayeləşmənin uğurlarından yazırdı.
Hərbi
akademiyanı bitirən Yakov Osipoviç Axotnikov metallurgiya sahəsində işləməyə
başlayır. 1932-ci ildə Y.Axotnikovu Trotskiçilərlə əlaqəsinə görə partiyadan
xaric edirlər. Həmin il də həbs olunur və on il həbs cəza alır. 1935-ci ildə onu
vaxtından əvvəl həbsdən azad edirlər. Azad olunduqdan bir neçə gün sonra onu
yenidən həbs edirlər. Bu dəfə o əksinqilabçı hərbi qrupun üzvü olmaqda ittiham
edilir. Voraşılova və Stalinə sui-qəsd təşkilində ittiham olunur. 1937-ci ilin
payızında Maqadanda edam hökmü icra olunur.
Pitenko və
Geller - Oxotnikovla birlikdə 1927-ci il paradında mühafizə xidmətinə cəlb
olunan kursantlar da öz cəzalarını alırlar. 1937-ci ildə onlar da hərbi
çevrilişdə iştiraka görə ittiham olunaraq həbs edilir və güllələnirlər.
1935-ci
ilin dekabırın 1-də Leninqradda Stalinin yaxın silahdaşlarından biri olan,
Leninqrad Vilayət partiya komitəsinin sədri S.Kirovu gülləliyirlər. Qeyd edək
ki, XI Qızıl ordunun rəhbərliyində Azərbaycana gəlmiş və bir müddət burada rəhbərlik
etmiş S.M.Kirov müxtəlif dövlət vəzifələri daşıyırdı və onun öldürülməsi
geniş rezonans yaratdı. Stalin böyük repressiyaların başlanmasında bu hadisəni
özünə əsas götürdü. Kütləvi həbslər, güllələnmələr və sürgünlər başladı. İlk
növbədə müxalifətçilər, onların yaxınları və qohumları həbs olunurdu. Sonra bu
siyahı daha da artırıldı.
1937-ci
ilin 12 iyununda yüksək dərəcəli hərbi komandirlər - Tuxaçevski, Yakir, Ubareviç,
Eydman və bir qrup zabitin (8 nəfər) qapalı məhkəməsi keçirildi. Həmin gün də məhkəmənin
qərarı ilə onlar güllələnirlər.
Stalin dövründə “köhnə qvardiya” adlanan
siyasi elitanın da əksəriyyəti, yeni rəhbərliyin də mühüm hissəsi yəhudi əsilli
nümayəndələr idi. Lakin cəmiyyət onları yəhudi azlığının nümayəndəsi olaraq
deyil sovet hökumətinin rəhbərləri kimi qəbul edirdilər. Xüsusilə də siyasi və
ideolojı sahənin nəhəngləri hesab edilən Trotski, Kamenyev, Zinovyev, Buxarin
kimi şəxsiyyətləri yəhudi kimi deyil sovet ideologiyasının yaradıçısı və
Leninin silahdaşı kimi təqdim edirdilər.
Buxarin (Moişa Dolqolevski)
Stalinə qeyri-rəsmi müraciət edən və çıxışlarında onu Koba adlandıran
partiyanın və ölkənin azsaylı yüksək vəzifəli şəxslərindən biri idi. Stalin də
öz növbəsində Buxarini "Nikolaşi" və ya "Buxarçik"
adlandırırdı. Buxarin Trotskiyə (1923-1924), Kamenev və Zinovyevə (1925-1926)
qarşı mübarizədə və Trotskinin son məğlubiyyətində (1927) Stalinə əhəmiyyətli dəstək
vermişdir. Zinovyevin Kommunist İnternasionalının İcraiyyə Komitəsinin 7-ci
plenumunda (noyabr-dekabr 1926) Kommunist İnternasionalının İcraiyyə Komitəsinin
sədri vəzifəsindən azad edilməsi ilə Buxarin Kominterndə lider mövqeyini tutdu.
Sverdlov
(Yakov Aroon Svetlov) peşəkar bolşevik və inqilabçı olaraq, ümumilikdə
12 ildən çox sürgün və həbsxana həyatı yaşamışdır. RSDLP(b) və RKP(b) Mərkəzi
Komitəsinin üzvü idi. "Pravda" qəzetinin redaksiya heyətinin üzvü
(1912), 1905-1907-ci illər inqilabı zamanı RSDLP(b)-nin Yekaterinburq və Ural
komitələrinin rəhbərliyində çalışmış və Oktyabr inqilabının liderlərindən biri
hesab edilirdi.
1917-ci
ilin noyabrından 1919-cu ilin martına qədər Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin
sədri, RSFSR-in rəsmi rəhbəri hesab edilirdi. 1918-ci ilin avqust-sentyabr aylarında V.İ. Leninə qarşı sui-qəsd cəhdindən
sonra RSFSR Xalq Komissarları Şurasının sədri vəzifəsini icra etmişdir.
RSFSR-in 1918-ci il Konstitusiyasını hazırlayan komissiyanın sədri olmuşdu.
RKP(b) Mərkəzi Komitəsi Katibliyinin ilk və yeganə sədri idi. Ümumrusiya Mərkəzi
İcraiyyə Komitəsinin sədri və Rusiya Kommunist Partiyası (Bolşeviklər) Mərkəzi
Komitəsinin Təşkilat Bürosunun üzvü kimi o, Təsis Məclisinin buraxılmasının,
kazakların mülkiyyətdən məhrum edilməsinin və "qırmızı terror"un təşkilatçılarından
biri idi. O, sonuncu Rusiya imperatoru II Nikolayın edamını alqışlamışdı.
Nijni Novqorod Vilayəti Arxiv Komitəsinin rəhbəri
B. M. Pudalov "Rossiyskaya qazeta"ya verdiyi müsahibədə Nijni
Novqorod Vilayətinin Mərkəzi Arxivində saxlanılan "Yakov Mixayloviç
(Moiseyeviç) Sverdlovun anadan olması haqqında qeyd ilə birlikdə 1885-ci il
üçün Nijni Novqorod yəhudi ravvininin doğum qeydiyyatı" sənədinə istinad
edərək bildirib ki, "Sverdlovun doğum qeydiyyatı onun adı ilə bağlı bütün
mövcud versiyaları təkzib edir: Yankel, Yeşua", çünki "doğulduğu
zaman Yakov-Aaron ikili ad ilə qeyd olunub" və Nijni Novqorod Vilayəti Mərkəzi
Arxivinin nəşrlər və sənədlərin istifadəsi şöbəsinin müdiri M. A. Dinges qeyd
edərək bildirib ki, "Sverdlov" soyadı əvvəlcə qeydiyyatda göstərilib,
baxmayaraq ki, sonra sözün "üstündən xətt çəkilib və ona
"Sverdlov" əlavə edilib" və əlavə edib ki, "qeydiyyat
kitabları ilə işləmək təcrübəmdən bilirəm ki, bu cür səhvlər olduqca
yayğındır".
Qriqori Sokolnikov (ilk sovet maliyyə narkomu-naziri) - Qirş Briliant yahudi əsilli idi. 1-ci, 2-ci və 7-ci çağırış SSRİ Mərkəzi İcraiyyə Komitəsinin üzvü olub. RSDFP(b) Mərkəzi Komitəsinin üzvü (1917-1919 və 1922-1930), Mərkəzi Komitə üzvlüyünə namizəd (1930-1936). RSDFP(b) Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü (oktyabr 1917), Mərkəzi Komitə Bürosunun üzvü (mart-iyul 1918 və mart 1919), Siyasi Büronun üzvlüyünə namizəd (1924-1925) olub və 21 may 1939-cu ildə həbsxanada öldürülüb. Yəhudi ailəsində anadan olan Qriqorinin atası, tibb doktoru və kollec şurasının üzvü Yakov Moiseevich Brilliant idi. 1896-cı ildən Moskvada dəmir yolunda həkim vəzifəsində çalışmışdı. Anası Fanya Solomonovna Brilliant (qızlıq soyadı Rosenthal) birinci gildiya tacirinin qızı idi.
Maksim
Maksimoviç Litvinov (Meer Qenox Ballax)
SSRİ-nin 1930–1939-ci illərdə xarici işlər komissarı (naziri) olub.
1876-cı ildə yəhudi tacir ailəsində anadan olan
Litvinov Belostok Real Məktəbində oxuyub. 1893-cü ildə məktəbdən məzun olduqdan
sonra könüllü olaraq orduya yazılıb və beş il Bakıda 17-ci Qafqaz Piyada
Alayında xidmət edir. Sonralar, Litvinov on il Londonda yaşayır.
London Kitabxanasının direktoru Çarlz Raytın köməyi ilə “Williams and Norgate”
nəşriyyatında işə başlayır. O, London
Bolşevik qrupunun və Herzen Dairəsinin katibi idi. Sovet illərində
SSRİ-nin İngiltərədə ilk səfiri təyin edilir. Böyük Vətən Müharibəsinin
başlaması ilə o, xidmətə qaytarılır və bir müddət Stalinin tərcüməçisi kimi çalışır.
1941-ci ildən
1946-cı ilə qədər o, SSRİ Xarici İşlər üzrə Xalq Komissarının müavini, eyni
zamanda 1941-ci ildən 1943-cü ilə qədər SSRİ-nin ABŞ-dakı səfiri və 1942-ci ildən
1943-cü ilə qədər SSRİ-nin Kubadakı səfiri vəzifələrində çalışır. ABŞ-ı tərk
etməzdən əvvəl o, ABŞ Dövlət Katibinin müavini Samner Uellsi ziyarət edir və bu
səfər zamanı Stalini Qərbi anlamadığına, Sovet sisteminin çevik olmadığına və
xüsusən də onun varisi olan Xarici İşlər üzrə Xalq Komissarı Vyaçeslav Molotovu
tənqid edir.
1943-cü
ilin sentyabrında o, SSRİ Xarici İşlər Xalq Komissarlığı nəzdində yeni
yaradılmış Sülh Müqavilələri və Müharibədən Sonrakı Struktur üzrə Komissiyaya rəhbərlik
edir və 1946-cı ildə təqaüdə çıxır. 1951-ci ilin sonunda infarkt keçirir və 31
dekabrda vəfat edir.
Stalin
dövrünün xarici işlər naziri V.Molotov əslən rus mənşəli olsa da onun həyatında
1921-ci ildə ailə qurduğu həyat yoldaşı Polina Semyonovna Jemçujina (doğum adı Perl
Solomonovna Karpovskaya, 1897-ci il Yekaterinoslav quberniyası – 1970, Moskva) mühüm
rol oynayıb. P.Jemçujina Sovet partiya və hökumət xadimi və SSRİ Balıqçılıq Sənayesi
Xalq Komissarı (1939) olub. 1949-cu ildə dövlətə xəyanət ittihamı ilə həbs
olunaraq sürgünə göndərildi və 1953-cü ilə qədər sürgünda qalır.
1952-ci il
17 oktyabr plenumunda Stalin İsrail dövlətinin yaradılmasını ABŞ
imperializminin forpostu olaraq qiymətləndirir və “Bunu qəbul etmək təhlükədir
və xəyanətdir... Molotov Krımı yəhudilərə vermək ideyasını dəstəkləyib” deyir.
Məlum olur
ki, 1948-ci ilin may ayının 14-də Ben
Qrionun İsrail dövlətini elan edəndan 11 dəqiqə sonra ABŞ prezidenti Harri
Trumen o dövləti tanıması haqqında bəyanat verir. Həmin ilin may ayının 17-də
isə (dövlət elan olunandan 3 gün sonra) SSRİ İsrail dövlətinin tanımasını elan
edir və may ayının 26-dan başlayaraq rəsmi diplomatik əlaqələr yaradılır. Bəs
belədirsə, Stalin bu məsələdə niyə Molotovu iddiam edir?
Stalinin
P.Jemçujinaya olan şübhələri 1948-ci ildə Kremldə keçirilən dövlət qəbulu
zamanı təsdiqlənir. 1948-1949-cu illərdə yenicə dövlət olaraq tanınan İsrail
hökumətinin SSRİ-də ilk səfiri Golda Meer təyin olunur. Kremldə keçirilən qəbul
zamanı P.Jemçujinanın Qolda Meer ilə Stalinə məlum olmayan bir dildə uzun-uzadı söhbət etməsi onun diqqətini cəlb
edir. Stalin P.Jemçujinanı yanına çagıraraq səfirlə hansı dildə danışdıgını
soruşur. P.Jemçujina uşaqlıq illərində öyrəndiyi
idiş dili olduğunu deyir, lakin uzun-uzadı yeni yaranmış bir ölkənin səfiri ilə
nə barədə danışdıgını demir. Həmin gün axşam NKVD əməkdaşları ölkənin ikinci şəxsi
olan V.Molotovun evinə gələrək P.Lemçujinanı həbs edirlər.
Belə məlum
olur ki, Molotovun arvadı P.Jemçujina sionist qruplarla əməkdaşlıq etmiş və
1918-ci ildə ABŞ-a mühacirət etmiş qardaşı Samuel Salamonoviç Karpov (ABŞ-da
Sem Karp) vasitəsi ilə yəhudi lobbiçiliyi ilə məşgul olmuş və “Krım
yarımadasının yəhudilərə verilməsi” danışıqlarını V.Molotov vasitəsi ilə həyəta
keçirilməsinə çalışmışdı. İsrailin tanınması ilə əlaqədar da Stalinə yanlış məlumatlar
verərək hadisələri sürətləndirmişdilər. Bütün bunlara görə P.Jemçujina həbs
olunur və onun həbs edilməsi məsələsi səsə qoyulanda V.Molotov arvadının həbsinə
ilk səs verənlərdən olur. 1953-cü ildə Stalinin vəfatı Molotovun həbs edilməsinin
qarşısını alır.
1952-ci
ilin plenumunda Stalin “Yoldaş Mikoyan sabotajla məşğul olur” deyə xəbərdarlıq
edir ki, bu da müstəqil tədqiqatın obyektidir.
Göründüyü kimi Stalin dövründə də yəhudi əsilli siyasi xadimlər dövlətin siyasi, iqtisadi və mədəni həyatında geniş istirak edirdilər. Stalin dövrünün ən böyük “baş kəsənlərini” müəyyənləşdirsək siyahıda Beriyadan başqa Yaqoda, Yejov, Abakumov, Sudaplatovu göstərmək lazımdır.

Yaqoda -
Enok-Henrikh (Xanok) Gerşenoviç - yəhudi idi. O 1891-ci ildə yəhudi zərgər ailəsində
anadan olmuşdu. Onun atası Rusiya imperatoru hərbi qüvvələrindən əsgər olaraq təqaüdə
çıxdığına görə bu ailəyə “xüsusi məskunlaşma” məhduduyyəti tətbiq olunmurdu.
Yaqoda ailəsi
Nijni Novqoroddan Sverdlovlar ailəsi ilə də qohum idi. Yaqodanın atası
Gerşen Filippoviç, Nijni Novqorodda yaşayan Yakov Sverdlovun atası Mixail
İzraileviç Sverdlovun əmisi oğlu idi. Yaqoda sonradan onun ikinci əmisi oğlu
İda Leonidovna Averbaxla (Yakov Sverdlovun bacısı Sofiya Mixaylovnanın qızı)
evləndi. Onların Qarik adlı oğlu olur (1929, Moskva-2003- Aşdod,İsrail).
SSRİ-nin
ilk xarici kəşfiyyat idarəsinə rəhbərlik edən Trilisser, Meer Abramoviç Yaqodanın
həbsindən sonra onun tərcümeyi halını yoxlayır və saxtakarlıqları üzə
çıxarır. Onun rəhbərliyi ilə SSRİ-nin ilk xarici rezidentləri seçilir və
onların qarşısında vəzifələr qoyulyr. Rezidentlərin siyahıs göstərir ki,
onların sırasında rus əsilli şəxslər ya yoxdur, ya da çox azdır. İşə qəbul
olunmuş rezedentlərin siyahısı: M. A. Trilisser ÇK-GPU-nun bütün xarici kəşfiyyat
sistemini təşkil etmiş, rezidenturaların işini sadələşdirmiş və A. A. Slutski,
S. M. Şpiqelqlaz, Ya. G. Minsker, A. A. Neyman, S. G. Velezhev, A. Müller, Ya.
G. Blumkin, I. S. Reiss, S. Z. Ginzburg, G. S. Agabekov, M. M. Akselrod, I. G.
Gert, L. E. Manevich, A. P. Rozengolts, L. L. Feldbin, V. S. Nesterovich, E. S.
Goldenstein, M. Goldberg, Ya. M. Bodesko, E. A. Fortunatov, E. E. Fortunatov,
V. V. Bustrem və başqaları da daxil olmaqla sovet kəşfiyyat işçilərini
seçmişdir.
Nikolay
İvanoviç Yejov haqqında məlumatlar çox qarışıqdır. O illərdə tərcümeyi-halını dəyişdirərək özünü
fəhlə ailəsindən olduğunu göstərmək əhəmiyyətli idi. Buna baxmayaraq çox sayda
Sovet dövlət rəhbərləri zədəgan ailəsindən idi və müvafiq olaraq da yüksək təhsil
almışdılar. Yejov isə mənşəyini gizlədənlərdən idi və siyasi karyerasını da bu
yolla əldə etmişdi. Qazaxıstanda, Qırğızıstanda partiya funksioneri olmuş və
ailə qurandan sonra 1921-ci ilin iyul ayında o, Moskvada Antonina Titova ilə evlənir və həmin ilin
sentyabr ayından paytaxta köçürülməsini təmin edir.
26 sentyabr
1936-cı ildə Yejov, SSRİ Daxili İşlər Xalq Komissarı təyin edildi və bu vəzifədə
Genrix Yaqodanı əvəz etdi. 1 oktyabr 1936-cı ildə Yejov Xalq Komissarı vəzifələrini
öz üzərinə götürməsi ilə bağlı NKVD-nin ilk əmrini imzaladı. Həm Yaqoda həm də
Yejov zamanı NKVD-nin nazir müavini olan və əsas əməliyyatlara rəhbərlik edən də
yəhudi əsilli Yakov Sauloviç Aqranov (doğum adı - Yankel Şeveleviç
(Şmaeviç) idi.
Sovet
NKVD-sinin rəhbəri təyin olunduqdan sonra arvadını tabel silahı ilə öldürüb bir
yəhudi qızı ilə evlənməsi məlumdur. O dövrdə arvadını xidməti silahla öldürüb qəza
adlandırmaq geniş yayılmışdı. Stalin də belə etmişdi, Budyonnu da. Lakin Yejov
haqqında deyilənlər bir qədər fərqli baş verir. Yejovun ikinci avvadı yəhudilərdən
ibarət dərnəklər yaradır və ora toplaşan filosof, yazıçı, aktyor və mügənnilər müxtəlif
tədbirlərdə Sovet hakimiyyəti əleyhinə çıxışlar edirdilər. İlk baxışdan Yejovun
himayəsinə sığınan bu qrup Stalinin tapşırığı ilə həbs edilirlər. Yejov arvadını həbsdən qurtarmaq üçün onu dəlixanaya
salır. Lakin orada da onu quruya bilmir və sonunda ikinci arvadını da zəhərliyərək
öldürür.
SSRİ-nin
elitasında həbs olunmuş yaxınları ilə əlaqədar Stalindən xahiş etmək praktikası
yox idi. Dövlət rəhbərlərinin yaxınlarını, məsələn Molotovun arvadını həbs edərkən
belə deyirdilər: “Orjonikidze öz qardaşı üçün Stalindən xahiş etdi və onu
buraxmadı...”
Pavel
Anatolyeviç Sudoplatov ukrayna əsilli idi (Павло Анатольевич Судоплатов). 1907-ci
ildə, Melitopolda Taurida quberniyasında anadan olmuşdu və
1996-cı ilə qədər uzun ömür sürmüşdü. O, sovet kəşfiyyatçısı, təxribatçısı
və OQPU-nun, daha sonra isə NKVD-nin əməkdaşı idi. 1953-cü ildə həbs olunmazdan
əvvəl SSRİ Daxili İşlər Nazirliyinin general-leytenantı idi. Ukrayna milli hərəkatı liderləri Yevgeni
Konovalets və Roman Şuxeviçin, eləcə də 1940-cı ildə Lev Trotskinin öldürülməsini
təşkil edənlərdən biri idi.
5 iyul 1941-ci ildə SSRİ Daxili İşlər Xalq Komissarının nəzdində nasist qoşunları tərəfindən müvəqqəti olaraq işğal edilmiş ərazidə kəşfiyyat və təxribat əməliyyatları təşkil etmək üçün Xüsusi Qrup yaradılır. Pavel Sudoplatov Xüsusi Qrupun rəhbəri təyin edilir. Bu məqsədlə NKVD-nin tərkibində olan Xüsusi Qrupun Qoşunları ona həvalə edilir. Xalq Daxili İşlər Komissarının nəzdində Xüsusi Qrup Dövlət Təhlükəsizliyi Xalq Komissarlığının 1-ci (Kəşfiyyat) İdarəsinin bazasında yaradılır. 1947-ci ilin fevralından 1950-ci ilin sentyabrına qədər ABŞ hərbi bazalarına, daha sonra isə digər NATO ölkələrinə qarşı Avropada təxribat əməliyyatları şöbəsinin rəisi vəzifəsində çalışır. 1950-ci ilin sentyabrından SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin xaricdəki təxribat əməliyyatları üzrə 1 nömrəli bürosunun rəisi vəzifəsinə təyin olunur.
Stalinin ölümündən sonra kəşfiyyat orqanlarında yenidənqurma işləri
başladı və bu müddətdə Sudoplatov 1953-cü ilin aprelində SSRİ Daxili İşlər
Nazirliyinin Birinci Baş İdarəsinin (Əks-kəşfiyyat) rəis müavini, 1953-cü ilin
may ayında isə SSRİ Daxili İşlər Nazirliyinin 9-cu İdarəsinin (Kəşfiyyat və
Sabotaj) rəisi təyin edilir. Lavrenti Beriyanın həbsindən və 31 iyul 1953-cü
ildə 9-cu İdarənin ləğvindən sonra o, SSRİ Daxili İşlər Nazirliyinin İkinci Baş
İdarəsinə (Kəşfiyyat) şöbə rəisi təyin edilir.
21 avqust 1953-cü ildə general-leytenant Sudoplatov Moskvanın Lubyanka
meydanındakı ofisində "Beriya ilə əlbir olduğu üçün" həbs edilir və
sui-qəsddə ittiham olunur. Sudoplatovla birlikdə general-leytenant B. P.
Obruçnikov və general-mayorlar N. İ. Eytinqon, S. F. Yemelyanov və A. F. Ruçkin
1953-cü ilin iyun-dekabr ayları arasında dövlət təhlükəsizlik orqanlarından
qovulurlar və onlardan bəziləri sonradan həbs edilirlər. Həbs olunmaqdan qorxan
Daxili İşlər Nazirinin Qoşunlar üzrə müavini ordu generalı İ. İ. Maslennikov 16
aprel 1954-cü ildə intihar edir. Sudoplatov
isə istintaq zamanı özünü dəliliyə vurur və 1958-ci ilə qədər Leninqrad Xüsusi
Psixiatriya Xəstəxanasında saxlanılır.
12 sentyabr 1958-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən
xain Beriyaya dövlət çevrilişinin hazırlanmasında, insan üzərində təcrübələrin
aparılmasında, adam oğurluğunda və çoxsaylı qətllərə fəal kömək etdiyinə görə
Sudaplatov 15 il həbs cəzasına məhkum
edilir.
Sudaplatov özü milliyyətçə ukraynalı olsa da 1926-cı ildə Qomel şəhərində anadan olmuş və sonradan NKVD-də
leytenant olaraq çalışan, yəhudi əsilli Emma Karlovna Kaqanova ilə ailə
qurur. Onun qızlıq soyadı Sulamif Solomonovna Krimker (1905–1989) idi və uzun
müddət Sovet kəşviyyatçısı kimi fəaliyyət göstərmişdi. Sudaplatovun da həyatında
arvadının mühüm rol oynadığı qeyd edilir.
1908-ci ildə
anadan olmuş Viktor Semyonoviç Abakumov general-polkovnik 1945-ci ildən Dövlət Təhlükəsizliyi Komissarı vəzifəsini tutur. 1946-1952-ci illərdə SSRİ
Dövlət Təhlükəsizliyi Naziri olur. Xalq
Müdafiə Komissarının müavini və SSRİ Xalq Müdafiə Komissarlığının
"SMERŞ" Əks-kəşfiyyat Baş İdarəsinin rəisi (1943–1946) olaraq təyin
edilir və 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı seçilir. 12 iyul 1951-ci ildə
V.S. Abakumov həbs olunaraq dövlətə xəyanət və sionist təşkilatının
təşkil etdiyi sui-qəsddə iştirak etməkdə ittiham olunub. Stalinin ölümündən
sonra Abakumova qarşı ittihamlar dəyişdirilir və o, "Leninqrad işi"
ilə ittiham olunaraq edam edilir.
Stalin
dövrünün yəhudi əsilli elitaya Kaqanoviç də daxildir. Lazar Moiseevich
Kaganoviç 1893-cü ildə Kiyevdə anadan olub və 1991-ci ilə qədər uzun ömür
sürüb. Bütün sovet partiya və dövlət orqanlarında ən yüksək vəzifələr daşıyıb. Partiyanın 1926-1930-cu illərdə Siyasi biro
üzvlüyünə namizəd, 1930-1957-ci illərdə Mərkəzi Komitənin Siyasi Bürosunun və Rəyasət
Heyətinin üzvü olub.
O, Kiyev
quberniyasının Radomysl rayonunun Kabani kəndində yəhudi kəndli ailəsi olan
Moisey Gershkoviç Kaganoviç və Genya İosifovna Dubinskayanın (1860-1933) ailəsində
anadan olub. Ailənin 13 uşağı var idi, onlardan altısı uşaqlıqda vəfat edib.
1897-ci ildə aparılan əhali siyahıyaalmasında atası tacir Moshko Benyevich
Kaganoviç (1860) və anası Çernobıldan olan Genya İosyevna Kaganoviç (1860) kimi
qeydə alınıb. Atası Kiyev quberniyasının Xabno şəhərciyindən idi və bütün ailə
orada qeydiyyatda idi. Babası, həmçinin Xabnodan olan Ben Aronoviç Kaganoviç
(1837) və Narodiçidən olan nənəsi İtka Moshkovna (1839) da orada qeydə alınıb.
Kaqanoviç 1919-cu
ilin sentyabrında Cənub Cəbhəsinin Voronej sektoruna göndərilir. Voronej
Qırmızı Ordu tərəfindən ələ keçirildikdən sonra Voronej Vilayət İnqilab Komitəsinin,
daha sonra isə Vilayət İcraiyyə Komitəsinin sədri olur. 1920-ci ilin
sentyabrında RKP(b) Mərkəzi Komitəsi tərəfindən Ümumrusiya Mərkəzi İcraiyyə
Komitəsinin Türküstan Komissiyasının və Xalq Komissarları Şurasının üzvü kimi
Orta Asiyaya göndərilir. RKP(b) Mərkəzi Komitəsinin Türküstan Bürosunun üzvü və
eyni zamanda Türküstan Cəbhəsinin İnqilabi Hərbi Şurasının rəhbərlərindən biri
olur. Türküstan Respublikasının Fəhlə və Kəndli Müfəttişliyinin Xalq Komissarı
və Daşkənd Şəhər Şurasının sədri olaraq fəaliyyət göstərir.
1924-cü ildə
Leninin ölümündən sonra başlayan gərgin partiyadaxili mübarizədə Stalinə
RSFSR-dən sonra ən böyük Sovet respublikası olan Ukraynanın dəstəyini təmin etmək çox vacib idi. Stalinin tövsiyəsi ilə
1925-ci ildə Ukrayna Kommunist Partiyası (Bolşeviklər) Mərkəzi Komitəsinin baş
katibi Kaqanoviç seçilir.
Georgi
Malenkov 23 noyabr 1901-ci ildə Orenburqda anadan olub. Bu tarix arxiv sənədlərindən
tədqiqatçılar tərəfindən 2016-cı ildə müəyyən edilib. Əvvəllər arayış
kitablarında tarix 26 dekabr 1901 [8 yanvar 1902] kimi göstərilirdi ki, bu da səhv
hesab edilməlidir. O, Makedoniyadan gələn mühacir-zadəgan ailəsi Maksimilian
Malenkovun nəslindən olub və ata tərəfdən
babası polkovnik idi.
1935–1936-cı
illərdə Stalin "Kadrlar hər şeyi həll edir" şüarını irəli sürdükdən
sonra partiya sənədlərini yoxlamaq və dəyişdirmək üçün kampaniya başlatdı və bu müddət ərzində Ümumittifaq
Kommunist (bolşeviklər) Partiyasının bütün üzvləri və namizədləri haqqında 2.5
milyon qeydlər toplandı. Nəticədə əldə edilən kartoteka əsasında, həmçinin
partiya üzvü olmayan liderlər və mütəxəssislər haqqında məlumatları da özündə
birləşdirən, Malenkov tərəfindən nəhəng, mərkəzləşdirilmiş nomenklatura kadr
sistemi quruldu.
1937-ci
ilin yayında İ.V. Stalinin tapşırığı ilə N.İ. Yejov, M.P. Frinovski, A.İ.
Mikoyan və L.M. Kaqanoviçlə birlikdə kütləvi terrorun baş verdiyi "yerli
partiya təşkilatlarının, NKVD-nin, NKVD İdarələrinin və digər dövlət
qurumlarının fəaliyyətini yoxlamaq" üçün Belarus, Ermənistan, Gürcüstan,
Tacikistan, Tatarıstan MSSR, Novosibirsk vilayəti, Sverdlovsk vilayəti və digər
bölgələrə səfər etdilər. Yanvar plenumunda Malenkov “Ümumittifaq Kommunist
Partiyasından (bolşeviklərdən) kommunistlərin qovulması zamanı partiya təşkilatlarının
işindəki çatışmazlıqlar haqqında” məruzə etdi və 1938-ci ilin avqustunda
“İfratçılıq haqqında” məruzə ilə çıxış etdi və Yejovun devrilməsində böyük rol
oynadı. Onu və ona tabe olan qurumları partiyaya sadiq kommunistləri məhv etməkdə
ittiham etdi. Eləcə də, Beriya ilə birlikdə o, Yejovu Malenkovun kabinetindəki həbsində
iştirak etdi.
Malenkov
22 mart 1939-cu ildən 1946-cı ilin yazına qədər Mərkəzi Komitənin Kadrlar
şöbəsinin müdiri və Mərkəzi Komitənin katibi vəzifələrində çalışdı. 1939-cu
ilin martından 1952-ci ilin oktyabrına qədər Ümumittifaq Kommunist (Bolşeviklər)
Partiyası Mərkəzi Komitəsinin Təşkilat Bürosunun üzvü olmuşdur. Kadrlar ilə işə
rəhbərlik etdyindən Stalin öləndən sonra hakimiyyət Malenkova keçir. Xruşşov və
Beriya da açar məqamları tuturlar. İyun ayında Beriyanı həbs edir və gülləliyirlər.
1935-ci ildə
SSRİ-də yeni, yüksək hərbi dərəcə “Sovet İttifaqı Marşalı” müəyyənləşdirilir.
Bu dərəcə ilk olaraq Voraşilova, Tuxaçevsiyə, Budyonnıya, Blyuxerə və Yeqorova
verilir. Voraşılov və Budyonnu bu
siyahıda yeganə şəxsdirlər ki, Stalinin ölümündən sonra da həyatlarına davam etdilər. Bu marşalların da yarıdan çoxu
yəhudi əsilli idi və Sovet hərbi qüvvələrinin elitası hesab edilirdilər.
Geniş
ictimaiyyətə Marşal Yeqorov haqqında məlumat demək olar ki, heç verilməyib. O,
1883-cü ildə Orenburqda kasıb kəndli ailəsində anadan olmuşdu. 1936-da SSRİ müdafiə nazirinin müavini idi. Vətənə xəyanətdə ittiham olunur. 1939-cu
ildə edam edilir. Əvvəl arvadını həbs edirlər. Onu sorğulayıb lazım olan məlumatlar
əldə olunur. Sonra marşalı tuturlar və o da casusluq etdiyini boynuna alır. Əvvəl marşalın özünü edam edirlər, 3 aydan sonra arvadını güllələyirlər, uşaqlarını fərqli familiyalarla
uşaq evlərinə göndərirlər və Yeqorov adını bütün sənədlərdən silirlər, sanki
belə bir marşal olmayıb.
1948-1952-ci
illərdə “Leninqrad məsələsi”, “kosmopolitlər məsələsi”, “həkimlər məsələsi”
kimi geniş çaplı əməliyyatlar aparılır. Bu əməliyyatlarda da yəhudi əsilli
sovet vətəndaşları bir tərəfdən zərərçəkən olaraq iştirak edirdi, digər tərəfdən
də cəzaverən olurdular.
Solomon
Mikhoelsin qətli 12 yanvar 1948-ci ildə Minskdə baş verib. Məşhur teatr
rejissoru və yəhudi ictimai xadimi Solomon Mikhoels Stalinin birbaşa əmri ilə
SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin agentləri tərəfindən öldürülür. Qətl qəza
kimi, avtomobil qəzası olaraq təşkil edilir. Mikhoelslə birlikdə Mikhoelsin oğurlanmasında
iştirak etmiş teatrşünas və MGB aqenti Vladimir Qolubov da öldürülür. Cinayətin
təfərrüatı 1953-cü ildə Stalinin ölümündən sonra məlum olsa da, heç bir cinayət
işi açılmır və qətldə iştirak edənlər heç vaxt cəzalandırılmır. Məhz 1947-ci
ildə Azərbaycanda, Bakı-Yevlax yolunda, Cənubi Azərbaycan Milli hərəkatının
lideri S.C.Pişəvərinin də həmin qaydada,
avtomobil qəzasında öldürülməsi hətta Stalinin ölümündən sonra da açıqlanmır.
1948-ci ildə
Moskva yaxınlığındaki sanatoriyada Stalinin silahdaşı SSRİ-nin dövlət
adamlarından və Stalinlə xüsusi yaxınlığı olan Andrey Jdanov infarktan
ölür. Sanatoriyanın Timoşuk familiyalı bir həkimi A.Jdanova düzgün olmayan müalicə
metodu tətbiq edidiyi haqqında Mərkəzi Komitəyə şikayət məktubu yazır. Buna görə
1952-ci ildə ona Lenin ordeni verilir və Stalinin ölümündən sonra orden əlindən
alınır.
Stalinin
antisionist mövqeyi və “intihar etmiş” həyat yoldaşı Nadejda Alliluyevanın yəhudi
qohumlarına qarşı nifrətindən xəbərdar olan Dövlət Təhlükəsizlik Naziri Viktor
Abakumov, guya Stalinin özünü və ailəsini hədəf alan sionist sui-qəsd planları haqqında hesabat hazırlayır. 1946-cı
ilin sonlarından başlayaraq, o, Stalinə müntəzəm olaraq qızı Svetlana ilə əri
Qriqori Morozov və "yəhudi millətçisi" Mikhoels tərəfindən Amerika kəşfiyyatı
adından Stalin haqqında şəxsi məlumat toplamaq üçün göndərilən İsaak Qoldşteyn
arasındakı əlaqələr haqqında məlumat göndərir.
Qoldşteyn
Mikhoels Mikhoelsin rəhbərlik etdiyi Yəhudi Antifaşist Komitəsinin üzvü olan
dostu Zaxar Qrinberq vasitəsilə tanıyırdı. Mikhoels, həqiqətən də, Stalinin
qızı və əri ilə əlaqələrini onunla müzakirə edirdi və qohumlarından istifadə edərək
Stalini SSRİ-dəki “yəhudiləri narahat edən” problemlər barədə məlumatlandırmaq
ümidi ilə Qoldşteynin onunla əlaqələrini müzakirə etdiyini boynuna alır.
10 dekabr
1947-ci ildə Abakumovun Stalinə hesabatından sonra Nadejdanın bacısı Yevgeniya
Alliluyeva həbs edildi. Alliluyevanın digər qohumları və daha sonra onların
tanışları həbs edildilər. 16 dekabrda Yevgeniyadan Qoldşteynə qarşı ifadə
alındı və o, 19 dekabrda həbs edildi. 23
dekabrda Abakumov Kremldə Stalinlə Molotov, Malenkov, Beriya, Jdanov,
Kuznetsov, Voznesenski, Kosıgin, daxili işlər naziri Kruqlov və maliyyə naziri
Zverevlə görüşdə iştirak etdi. Tarixçi Gennadi Kostırçenko hesab edir ki,
Abakumov bu görüşə Qoldşteyndən alınan sui-qəsd etirafını onlara təqdin edir.
“Həkimlər məsələsi”
adlanan əməliyyatda tərtib olunan böyük bir siyahıda 47 nəfər yəhudi əsilli həkil var idi. Stalin
həkimə müraciət etməyi sevmirdi və onun paranoyası hamıya düşmən olaraq baxmağa
sövq edirdi. Nəticədə dünya şöhrətli bir sıra həkimlər - akademik Bexterev
(beyin institutunun direktoru, psixiator və nevroloq) Stalinə “paranoya”
diaqnozu qoyduğuna görə zəhərlənərək öldürüldüyü ehtimal olunur və Dmitrieviç
Pletnov - Stalinə paranoya diaqnozu qoyan digər psixiator 1941-ci ildə
repressiyaya uğradı.
Həkimlər məsələsində
“Ağ xalatlı qatillər” adlanan yüksək dərəcəli tibb mütəxəssisləri - akademik
Vinaqradov, professor-kardioloq Koqan, nevropotoloq Qrinşteyn, otolorintoloq
Feldman və başqaları həbs edildilər. Bunları beynəlxalq millətçi yəhudi terrorist
təşkilatı “Coint” ilə əlaqələndirdilər. Coint təşkilatı bu gün də yəhudilər
üçün xeyriyyə təşkilatı olaraq fəaliyyətini davam etdirir.
1953-cü
ilin mart ayında Stalin öldükdən sonra həkimlər işi dayandırılır və həkimlərin
azad edilməsi əmrini Lavrenti Beriya verir. Eləcə də bir çox iddialar üzrə
istintaqlar dayandırılır və həbsdə olanlara amnistiya verilir.
Göründüyü
kimi Sovet dövrü elitasında yəhudi əsilli şəxslər siyasi rəhbərlikdə, dövlət-təsərrüfat
qurumlarında, akademik sahələrdə, mədəniyyət və incəsənətdə çox geniş şəkildə
iştirak edirdilər. SSRİ-ni təsis edən on beş respublikanın nümayəndələri və
ümumiyyətlə sovet xalqlarından heç biri mərkəzi hakimiyyətdə bu qədər geniş və
dərin təmsilçiliyə malik olmamışdılar.
Stalinin ölümündən sonra da yəhudi əsilli sovet vətəndaşları partiya və ideolojı sahələrdə, Nazirlər Kabinetində və sənayenin müxtəlif sahələrində, universitetlərdə və akademiyada, mədəniyyət və incəsənətin müxtəlif istiqamətlərində fəaliyyət göstərir və çox sayda tanınmış şəxsiyyətlərlə təmsil olunurdular.
11:32 01.06.2026
Oxunuş sayı: 267