Şahbaz Şərif: Pakistan ABŞ və İranı yenidən danışıqlar masasına gətirdi
Pakistanın Baş naziri Şahbaz Şərif ölkəsinin ABŞ və İran arasında danışıqların təşkilində vasitəçilik etdiyini və regional münaqişənin diplomatik yolla həlli üçün səyləri davam etdirdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Şahbaz Şərif bu barədə BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bildirib.
Baş nazirin sözlərinə görə, Pakistanın səyləri nəticəsində Vaşinqton və Tehran nümayəndələri İslamabadda bir araya gəlib və daha sonra “İslamabad Anlaşma Memorandumu” imzalanıb. Pakistanın rəsmi məlumatına görə, ölkə ABŞ-İran danışıqlarında vasitəçi kimi çıxış edib.
Şərif həmçinin Pakistan Silahlı Qüvvələrinin baş komandanı feldmarşal Asim Münirin diplomatik proses üçün şərait yaradılmasında göstərdiyi səyləri qeyd edib.
O, Hörmüz boğazı və Babül-Məndəb boğazının dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Pakistan hökuməti hazırda regionda gərginliyin azaldılması və “İslamabad Anlaşma Memorandumu”nun icrasının davam etdirilməsi istiqamətində diplomatik səylər göstərir.
23:46 25.09.2026
Oxunuş sayı: 40