Soçidə Ukrayna katerlərinin hücumu ilə bağlı təhlükə elan edilib
Rusiyanın Soçi şəhərində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz katerlərin mümkün hücumu ilə bağlı təhlükə elan edilib.
Crossmedia.az xəbər verir ki, “Lenta” bu barədə məlumat yayıb.
Soçi meri Andrey Proşunin bildirib ki, şəhərin operativ qərargahının qərarı ilə çimərliklərə və sahilboyu ərazilərə giriş müvəqqəti məhdudlaşdırılıb. Xilasetmə xidmətləri və mühafizə əməkdaşları sakinləri səsgücləndiricilər vasitəsilə xəbərdar edir.
Mer şəhər sakinlərini fövqəladə vəziyyət yarandığı halda 112 nömrəsinə zəng etməyə çağırıb.
Qeyd edək ki, sentyabrın 22-nə keçən gecə Rusiya qoşunlarının Ukrayna ərazisinə raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə kombinə edilmiş zərbələr endirdiyi bildirilib. Rusiya tərəfinin məlumatına görə, hücumlar zamanı Ukraynanın metallurgiya və kimya sənayesi, yanacaq-energetika və hərbi-sənaye kompleksi müəssisələri, eləcə də Kiyevdə liman infrastrukturu obyektləri hədəfə alınıb.
21:30 22.09.2026
Oxunuş sayı: 39