Avstriya XİN-də Azərbaycanla tərəfdaşlığın genişləndirilməsi müzakirə olunub
Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) Baş katibi Nikolaus Marşiklə nəzakət görüşü keçirib və iki ölkə arasında mövcud tərəfdaşlıqların genişləndirilməsi müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Avstriyadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Görüşdə ölkələrimiz arasındakı münasibətlərin aktual aspektlərinə və gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb", - məlumatda bildirilib.
Tərəflər siyasi, iqtisadi və mədəni dialoqun daha da dərinləşdirilməsində və mövcud tərəfdaşlıqların genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.
21:00 22.09.2026
Oxunuş sayı: 46