Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bundan sonrakı prosesdə bu istiqamətə diqqət vacibdir.
"Muğamımız var, estrada musiqimiz, xalq mahnılarımız, aşıq musiqimiz, cazımız var, bunların heç birindən heç bir şikayətimiz yoxdur. Lakin akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. Mən istəyirəm ki, bizim bundan sonrakı fokusumuz bu olsun - akademik musiqini inkişaf etdirmək, yaratmaq və yaşatmaq, müxtəlif platformalarda təbliğ etmək".
Firəngiz Əlizadə festivalın və qurultayın bu kontekstdə uğurlu fikir mübadiləsi platformasına çevriləcəyindən əminliyini ifadə edib. (Report)
11:20 19.09.2026
Oxunuş sayı: 37