Azərbaycan və Özbəkistan arasında QHT sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva Mərkəzi Asiya Vətəndaş Cəmiyyəti Forumu çərçivəsində Özbəkistan Ali Məclisinin Senatının rəhbəri Əlişir Əzəmxocayev, Özbəkistanın Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxocayev, Özbəkistan Ali Məclisi yanında qeyri-hökumət qeyri-kommersiya təşkilatlarına və digər vətəndaş cəmiyyəti institutlarına dəstək ictimai fondunun direktoru Xusanov Otabek Nişonoviç, eləcə də Buxara şəhərinin hakimi Qurban Tursunovla görüşüb.
Crossmedia.az xəbər verir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşlər zamanı Azərbaycan və Özbəkistan arasında vətəndaş cəmiyyəti sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, QHT-lər arasında təcrübə mübadiləsinin genişləndirilməsi və birgə layihələrin Özbəkistanın müxtəlif regionlarında həyata keçirilməsi imkanları müzakirə olunub.
11:02 19.09.2026
Oxunuş sayı: 51