Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib.
Crossmedia.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur.
Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 41,3 % çoxdur.
Bu il sentyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 87,9 min cüt hazır məhsul ehtiyatı olub.
2025-ci ildə Azərbaycanda 1 milyon 79 min cüt ayaqqabı istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 0,7 % azdır.
10:58 19.09.2026
Oxunuş sayı: 46