Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında mərhələ adlayıb
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boksçular arasında Avropa çempionatında Azərbaycan millisinin daha iki üzvü qələbə qazanıb.
Crossmedia.az-ın məlumaıtna görə, yarışın ikinci günündə Məhəmmədəli Aşırəliyev (60 kq) 1/16 finalda Edqaras Skurdelislə (Litva) döyüşüb.
Boksçu hakimlərin yekdil qərarı ilə qalib gəlib – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). O, ikinci cəhdində – sentyabrın 21-də ilk mərhələdən azad olan Ayder Abduraimovla (Ukrayna) qüvvəsini sınayacaq.
Malik Həsənov (65 kq) da Avropa çempionatına qələbə ilə başlayıb. Təmsilçimiz ilk döyüşündə Bilge Kağan Kanlıdan (Türkiyə) güclü olub – 5:0 (30:25, 30:27, 30:27, 30:27, 30:27). Həsənov 1/8 finalda ilk mərhələdən azad olan Rumen Rumenovla (Bolqarıstan) münasibətinə aydınlıq gətirəcək. Görüş sentyabrın 20-nə təsadüf edəcək.
Qeyd edək ki, yarışa sentyabrın 25-də yekun vurulacaq.
10:13 19.09.2026
Oxunuş sayı: 41