Real Madrid finala yüksəldi
Basketbol Avropa Liqası Super Kubokunda Real Madrid, Dubai Basketbolu uzatmada 98-95 hesabı ilə məğlub edərək finala yüksəlib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Oyuna sürətli başlayan Dubai Basketbol ilk rübü 27-18 hesabı ilə qabaqda başa çatdırıb. İspaniya klubu Real Madrid ikinci rübdə oyunu tarazlaşdırsa da, fasiləyə ev sahibi komandanın 43-42 üstünlüyü ilə gedilib.
Üçüncü rübdə cərimə xəttindən topladığı xallarla hesab üstünlüyünü ələ keçirən İspaniya təmsilçisi final rübünə 64-63 qabaqda daxil olub. Luwawu-Cabarrot və Okobo-nun effektiv performans göstərdiyi 4-cü rüb 88-88 heç-heçə ilə başa çatıb və oyun uzatmaya gedib. Uzatmada 98-95 qalib gələn Real Madrid adını finala yazdırıb.
Bu nəticə ilə Real Madrid Yunanıstan klubu Olympiakos-un finaldakı rəqibi olub.
Real Madrid ilə Olympiakos arasındakı final matçı sabah Türkiyə saatı ilə 20:00-da keçiriləcək. Fenerbahçe Beko ilə Dubai Basketbolun qarşılaşacağı üçüncülük uğrunda oyun isə Türkiyə saatı ilə 17:00-da başlayacaq.
08:30 19.09.2026
Oxunuş sayı: 75