"Neftçi" ABŞ-dən olan basketbolçu Zakeriya Hiksi heyətinə qatıb
"Neftçi" heyətinə yeni basketbolçu cəlb edib.
Crossmedia.az xəbər verir ki, ABŞ-dən olan oyunçu Zakeriya Hiks ilə 1 illik müqavilə imzalayıb.
23 yaşlı hücumçu karyerası ərzində NCAA-da "Temple Owls" və "Penn State Nittany Lions" komandalarının şərəfini qoruyub.
Z.Hiks peşəkar səviyyədə İspaniyanın "UCAM Murcia" klubunda, son olaraq isə NBA G Liqasında "South Bay Lakers" komandasında çıxış edib.
11:37 17.09.2026
Oxunuş sayı: 58