Futbol üzrə Azərbaycan U-20 millisi Moldova və Yaponiya ilə yoldaşlıq oyunu keçirəcək
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlığın ikinci mərhələsi çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.
Crossmedia.az xəbər verir ki,bu barədə AFFA məlimat verib.
Bildirilib ki, Azərbaycan U-20 millisi oktyabrın 3-də Moldova, oktyabrın 6-da isə Yaponiya ilə qarşılaşacaq.
Hər iki görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Oyunların başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, U-20 millisinin təlim-məşq toplanışının ikinci mərhələsi sentyabrın 24-dən oktyabrın 6-dək davam edəcək.
23:58 15.09.2026
Oxunuş sayı: 44