Fransada benzin rekord qiymətə çatıb
Fransada benzinin orta qiyməti tarixi maksimuma yüksəlib.
Crossmedia.az xəbər verir ki, “Le Figaro”nun məlumatına görə, benzinin bir litrinin orta qiyməti 2,11 avroya çatıb.
Bu, 1985-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir. Dizelin qiyməti isə litrə təxminən 2,31 avroya yüksəlib.
23:50 14.09.2026
Oxunuş sayı: 58