Səudiyyə vəliəhdi Qahirəyə səfər edəcək
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman sabah Misirin paytaxtı Qahirəyə səfər edəcək.
Crossmedia.az xəbər verir ki, səfər çərçivəsində Məhəmməd bin Salman Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə danışıqlar aparacaq. Görüşdə Qırmızı dəniz və Babül-Məndəb boğazında təhlükəsizlik, husilərin yaratdığı təhdidlər, İranın Körfəz ölkələrinə hücumları və İranla müharibənin qonşu regionlara daha geniş yayılmasının mümkün nəticələri müzakirə olunacaq.
Qeyd edək ki, Misirin Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yaratdığı müdafiə paktına qoşulması məsələsinin danışıqların gündəliyinə daxil edilmədiyi bildirilir.
23:23 14.09.2026
Oxunuş sayı: 53