Zelenski Ukraynanın baş prokurorunu vəzifədən azad edib
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin baş prokuroru Ruslan Kravçenkonu vəzifəsindən azad edib.
Crossmedia.az xəbər verir ki, bundan əvvəl Kravçenko Milli Antikorrupsiya Bürosunun (NABU) direktoru Semyon Krivonos barəsində cinayət törətməkdə ittiham edib.
Krivonos xüsusilə külli miqdarda qanunsuz mənfəət əldə etmək məqsədilə rəsmi sənədləri saxtalaşdırmaqda şübhəli bilinir.
Kravçenkonun çıxışına sərt reaksiya verən Zelenski onun vəzifədən azad edilməsini tələb edib. Prezident Ali Radaya baş prokurorun istefasını təcili dəstəkləməyə çağırıb.
20:07 14.09.2026
Oxunuş sayı: 51