Azərbaycan Türkiyəyə ən yaxın dost ölkə seçilib
Türkiyədə keçirilən sorğuda Azərbaycan ölkə sakinlərinin ən dost hesab etdiyi dövlətlər arasında birinci yeri tutub.
Crossmedia.az xəbər verir ki, “ASAL Araştırma” şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 56,5 faizi Azərbaycanı Türkiyənin dost ölkəsi hesab edib. Siyahıda Yaponiyanın 50,2, Çinin 48, İtaliyanın 46,7, Rusiyanın isə 38,4 faiz göstəricisi olub.
Sorğuda Türkiyəyə ən düşmən ölkələr də müəyyənləşdirilib. İlk beşlikdə İsrail 83 faizlə birinci, ABŞ 74,6 faizlə ikinci, Yunanıstan 61,5 faizlə üçüncü, İran 51,7 faizlə dördüncü, Fransa isə 48,4 faizlə beşinci olub.
20:01 14.09.2026
Oxunuş sayı: 48