Trampın açıqlaması Rusiya birjasında kəskin artıma səbəb olub
ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukraynanın bir-birinin enerji obyektlərinə zərbə endirməmək barədə razılığa gəldiyini açıqlamasından sonra Rusiya fond bazarında kəskin yüksəliş qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, Moskva Birjasının indeksi 50 punktdan çox artaraq təxminən üç ayın maksimumuna çatıb. Saat 18:00-a indeks 2320 punkt civarında olduğu halda, sonradan 2373,47 punkta yüksəlib və gün ərzində 4,05 faiz artım göstərib.
Bundan əvvəl Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyada dizel yanacağı ilə bağlı obyektlərə hücumları dayandırmağa çağırıb. Tramp dünya bazarında dizel qiymətlərinin artımının əsas səbəbinin İran deyil, Ukrayna münaqişəsi olduğunu bildirib.
Ötən həftə isə neftin bahalaşması fonunda Rusiya fond bazarı yüksələrək Moskva Birjası indeksinin uzun müddətdən sonra ilk dəfə 2300 punktu keçməsinə səbəb olub.
19:47 14.09.2026
Oxunuş sayı: 43