Səudiyyə və ABŞ hərbi rəhbərləri Ciddədə görüşüb
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Ciddədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının komandanı admiral Bred Kuperi və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Crossmedia.az xəbər verir ki, görüş Məhəmməd bin Salmanın ABŞ Prezidenti Donald Trampla iki dəfə telefon danışığından bir neçə gün sonra baş tutub.
Səudiyyə vəliəhdinin həmin danışıqlarda Trampdan husilərə qarşı zərbələr endirməsini istədiyi, lakin ABŞ prezidentinin bundan imtina etdiyi bildirilir.
Görüş husilərin Moha şəhəri və Perim adasını ələ keçirməsindən sonra baş verib.
18:43 14.09.2026
Oxunuş sayı: 44