ABŞ Milli Təhlükəsizlik Agentliyi yenidən qurulur
ABŞ Milli Təhlükəsizlik Agentliyinin son 10 ilin ən genişmiqyaslı struktur islahatına hazırlanması planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrə istinadən məlumat yayıb.
İslahat planının təşəbbüskarı agentliyin rəhbəri, general Coşua Radddır.
Plan çərçivəsində Fort-Mid qərargahında süni intellekt, Çin, kibertəhlükəsizlik, döyüş dəstəyi və qlobal kəşfiyyat üzrə beş yeni mərkəzin yaradılması nəzərdə tutulur. Hər istiqamətə ayrıca “missiya direktoru” rəhbərlik edəcək.
18:35 14.09.2026
Oxunuş sayı: 41