Tramp dizel yanacağının bahalaşmasında Ukrayna zərbələrini günahlandırıb
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı Ukrayna zərbələrinin dizel yanacağının qiymətinin artmasına səbəb olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp Ukrayna qüvvələrinin Rusiyanın neft emalı zavodlarına hücum etdiyini deyib.
O, Ukrayna Prezidenti Volodimir Zelenskidən neft emalı zavodlarını hədəf almamasını istədiyini bildirib.
Trampın sözlərinə görə, Rusiyanın dizel yanacağı hazırda bazara çıxarıla bilmədiyi üçün qiymətlər yüksəlir.
18:30 14.09.2026
Oxunuş sayı: 50