Rusiya xarici ölkələrlə mədəni əməkdaşlığı davam etdirəcək
Rusiya xarici tərəfdaşlarla mədəni dialoqu davam etdirməyə və humanitar əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, bunu Rusiyanın mədəniyyət nazirinin müavini Sergey Perşin Yekaterinburqda keçirilən 2026-cı il Beynəlxalq Gənclər Forumu çərçivəsində “Anadolu”ya açıqlamasında bildirib.
O, Almaniya hökumətinin Berlin şəhərində “Rus Evi”nin fəaliyyətinə dair Rusiya-Almaniya razılaşmasına xitam vermək qərarını şərh edib.
Perşin humanitar əlaqələrin müxtəlif səbəblərdən, bəzən isə tamamilə əsassız şəkildə məhdudlaşdırılmasından təəssüfləndiyini deyib.
18:14 14.09.2026
Oxunuş sayı: 44