Məhəmməd Əbdülsalam Prezident İlham Əliyevin müsəlman alimlərinin irsinə diqqətini yüksək qiymətləndirib
Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam Azərbaycan Prezidenti İlham Əliyevin müsəlman alimlərinin irsinə diqqətini yüksək qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində azərbaycanlı mütəfəkkir və alim şeyx Seyid Yahya Bakuviyə həsr edilmiş birinci beynəlxalq elmi-praktiki konfransda danışıb.
Baş katib bildirib ki, dinin münaqişələrin, məzhəb və təriqət qarşıdurmalarının qızışdırılmasında istifadəsi ciddi narahatlıq doğurur:
"Müsəlman Ağsaqqalları Şurası dialoqa xüsusi əhəmiyyət verir. Dialoq özlüyündə məqsəd deyil, qarşılıqlı tanıma, əməkdaşlıq və sülhün qurulmasına aparan yoldur. Xüsusilə gənclərə xitab edən dini çıxışda insani dəyərlər ön plana çıxarılmalıdır. Dini və mədəni irs yeni nəsillərə onların dövrünün dili ilə təqdim edilməlidir".
17:11 14.09.2026
Oxunuş sayı: 43