Azərbaycanın "LANDAU Lions" basketbol komandası Çempionlar Liqası ilə vidalaşıb
Azərbaycanın "LANDAU Lions" basketbol komandası avrokuboklarda mübarizəyə start verib.
Crossmedia.az xəbər verir ki, komanda FIBA Çempionlar Liqasının II təsnifat mərhələsində Latviyanın "VEF Riqa" kollektivi ilə üz-üzə gəlib
Bolqarıstanın Samokov şəhərində təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə bitib - 105-88.
Çempionlar Liqası ilə vidalaşan "LANDAU Lions" yoluna Avropa Kubokunun G qrupunda davam edəcək.
Xatırladaq ki, Azərbaycanın digər təmsilçisi "Sabah" FIBA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq.
17:07 14.09.2026
Oxunuş sayı: 49