İran parlamentindən AÇIQLAMA: Nüvə doktrinasına yenidən baxıla bilər
İran parlamentinin Rəyasət Heyətinin sözçüsü Abbas Qudərzi ölkəsinin Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını və nüvə doktrinasına yenidən baxmasını mümkün addım kimi qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, “Mehr” bu barədə məlumat yayıb.
Qudərzi bildirib ki, İranın NPT-dən çıxması və nüvə doktrinasına yenidən baxılması tamamilə mümkün və həyata keçirilə biləcək addımlardır.
O, ABŞ-a etimad göstərməyi “aldanmağı qəbul etmək” kimi qiymətləndirib.
Qeyd edək ki, İran parlamentində NPT-dən çıxmaqla bağlı təşəbbüsün müzakirəyə çıxarılması barədə məlumatlar da yayılıb. Bu məsələ Tehranla beynəlxalq ictimaiyyət arasında nüvə proqramı ilə bağlı gərginliyin artdığı bir vaxtda gündəmə gəlib.
11:20 13.09.2026
Oxunuş sayı: 51