Rusiya Ukraynaya məxsus 389 PUA-nı məhv edib
Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecə Ukraynaya məxsus 389 pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, təyyarə tipli PUA-lar Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Oryol, Penza, Rostov, Saratov və Smolensk vilayətləri, Krasnodar diyarı, Krım Respublikası, Tatarıstan Respublikası və Çuvaş Respublikası üzərində, həmçinin Azov, Qara və Xəzər dənizlərinin akvatoriyalarında məhv edilib.
11:09 13.09.2026
Oxunuş sayı: 44