Tramp ABŞ-də Çin avtomobil zavodlarının açılmasına qarşı olmadığını bildirib
ABŞ Prezidenti Donald Tramp Çin şirkətlərinin ABŞ-də avtomobil zavodları açmasına qarşı olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, “Fox News” bu barədə Trampın telekanala müsahibəsinə istinadən məlumat yayıb.
Trampın sözlərinə görə, Çin ABŞ-yə gələrək öz avtomobillərinin istehsalı üçün zavod açmaq istəsə, buna etiraz etməyəcək. O, belə müəssisələrin amerikalılar üçün yeni iş yerləri yaradacağını vurğulayıb.
ABŞ Prezidenti bu modelə nümunə kimi Yaponiyanı göstərib və əsas şərtin zavodlarda amerikalıların işə götürülməsi olduğunu qeyd edib.
Bununla yanaşı, Tramp avtomobillərin Meksikada ucuz istehsal edilərək ABŞ-yə gətirilməsinə qarşı olduğunu bildirib. Onun sözlərinə görə, belə ssenariyə yol verilməyəcək.
10:29 13.09.2026
Oxunuş sayı: 45