Karni Kanadanın Aİİ-yə assosiativ üzv olmasını təklif edib
Kanadanın Baş naziri Mark Karni ölkəsinin Avropa İttifaqının (Aİ) assosiativ üzvü olmasını təklif edib.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” bu barədə mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Karni son bir neçə ay ərzində Fransa, İtaliya, Almaniya və Skandinaviya ölkələri də daxil olmaqla, Avropanın əsas dövlətlərinin liderləri ilə qapalı danışıqlar aparıb. Məqsəd Kanadanın Avropa bazarına daha sıx inteqrasiyasını təmin etməkdir.
Tərəflər Kanadanın həcmi 21 trilyon dollar olan Aİ vahid bazarına qoşulması imkanını nəzərdən keçirirlər. Əməkdaşlığın müdafiə sənayesi, enerji, süni intellekt və kritik əhəmiyyətli faydalı qazıntıların tədarükü sahələrini əhatə edə biləcəyi bildirilir.
Bundan əlavə, Avropa ilə Kanada arasında sualtı kabellərin çəkilməsi, məlumat mərkəzlərinin və peyk şəbəkələrinin birgə qurulması, eləcə də Kanada qazının ABŞ-dən yan keçməklə Avropaya yönləndirilməsi məsələləri müzakirə olunur.
“The Wall Street Journal” qeyd edir ki, belə inteqrasiya yolunda ciddi maneələr də yarana bilər. Kanadanın Aİ büdcəsinə ödənişlər etməsi, suverenliyinin müəyyən hissəsindən imtina etməsi və Avropa İttifaqının daxili qaydalarını qəbul etməsi tələb oluna bilər.
09:56 13.09.2026
Oxunuş sayı: 42