Almanların yalnız 14 faizi Mertsi kansler vəzifəsi üçün uyğun hesab edir
Almaniyada əhalinin yalnız 14 faizi Fridrix Mertsi ölkə kansleri vəzifəsi üçün uyğun hesab edir.
Crossmedia.az xəbər verir ki, “INSA” institutunun keçirdiyi sorğunun nəticələri bu barədə məlumat verir.
Sorğunun nəticələrinə görə, Mertsin fəaliyyətinə dəstək 2025-ci ilin ortalarındakı 30 faizlə müqayisədə iki dəfədən çox azalaraq 14 faizə düşüb.
Respondentlərin 78 faizi isə Mertsin kansler vəzifəsində qalmasının əleyhinə çıxıb.
Almaniya mediasının yazdığına görə, kanslerə narazılıq onun siyasi tərəfdarları arasında da artır. Hakim koalisiyanın getdikcə daha çox üzvü Mertsin istefasını açıq şəkildə dəstəkləyir.
Qeyd edək ki, Fridrix Merz daha əvvəl rəhbərlik etdiyi Xristian Demokrat İttifaqının (XDİ) Saksoniya-Anhalt seçkilərindəki nəticəsini son onilliklərin ən ağır məğlubiyyəti adlandırıb.
09:47 13.09.2026
Oxunuş sayı: 42