İndoneziyada 243 nəfərin olduğu gəmi ilə əlaqə kəsilib
İndoneziyada fırtına zamanı Yava dənizində göyərtəsində 243 nəfərin olduğu “Virgo Transport 8” gəmisi ilə əlaqə kəsilib.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə məlumat yayıb.
Məlumata görə, İndoneziya xilasediciləri hazırda gəminin axtarışını davam etdirir.
Daha sonra gəmi ilə əlaqəsi kəsilən “Virgo Transport 8”dən 115 nəfərin təxliyə edildiyi bildirilib. Hadisə nəticəsində bir nəfər ölüb, daha bir nəfər yaralanıb.
Axtarış-xilasetmə əməliyyatının davam etdiyi qeyd olunur.
09:11 13.09.2026
Oxunuş sayı: 44