AfD üçün təhlükə siqnalı: Almaniyada partiyanın qadağan edilməsi müzakirə olunur
Almaniyanın Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqının (CDU/CSU) parlament fraksiyasının sədri Torsten Frey sağçı müxalifət partiyası Almaniya üçün Alternativə (AfD) qarşı Konstitusiyanın 37-ci maddəsindən istifadə edilə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, RİA Novosti bu barədə məlumat yayıb.
Freyin sözlərinə görə, vəziyyət tələb edərsə, CDU/CSU Almaniya Konstitusiyasına əməl olunmasını təmin etmək üçün mövcud bütün hüquqi vasitələrdən istifadə edə bilər.
Almaniya Federativ Respublikasının Əsas Qanununun 37-ci maddəsi federal hakimiyyətə federal torpaqlardan birinin üzərinə düşən öhdəlikləri yerinə yetirməsini təmin etmək üçün müəyyən tədbirlər görməyə imkan verir. Agentliyin məlumatına görə, bu maddə Almaniya tarixində indiyədək tətbiq edilməyib.
Frey həmçinin Meklenburq-Ön Pomeraniya federal torpağında keçiriləcək seçkilərdə CDU/CSU-nun ciddi məğlubiyyətlə üzləşə biləcəyini deyib. INSA institutunun keçirdiyi sorğuya əsasən, respondentlərin yalnız 7 faizi CDU-ya səs verməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko daha əvvəl Saksoniya-Anhalt əyalət parlamentinə keçirilən seçkilərdə AfD-nin qələbəsini şərh edərək, Almaniyada hökumətin hakimiyyətdən uzaqlaşdırılması prosesinin başladığını bildirib.
12:15 12.09.2026
Oxunuş sayı: 48