Leyla Axundzadə: Müşfiqin dəfn olunduğu yeri təkcə o bilir...
Repressiya qurbanı, şair Mikayıl Müşfiqin ölümü ilə bağlı araşdırmamız davam edir. Araşdırmanı apardıqca versiyalar, faktlar daha da çoxalır. Mikayıl Müşfiqin ölüm yeri, tarixi heç bir tədqiqatçı tərəfindən tam dəqiqliklə deyilmir. Çünki dövrün qarışıq siyasi vəziyyəti, Müşfiqlə bağlı yazılan yazılar və ona qarşı bəzi yazıçılar arasında olan qısqanclıqlar məsələn hələ o dövrdən qarışdırıb.
Mikayıl Müşfiqin həyat yoldaşı olmuş Dilbər Axundzadənin qızı Leyla Axundzadə Crossmedia.az-a açıqlamasında Mikayıl Müşfiqlə bağlı bir sıra iddialara aydınlıq gətirib:

“Bizə arayış verilib ki, Müşfiq güllələnib. Məndə KKB nin də, Mərəzənin də arayışı var. Güllələnmə siyahısında Mikayıl Müşfiqin adı olmasa da repressiya siyahısında adı var. Mən sənədi sizə təqdim edə bilərəm:

L.Axundzadə KQB-nin sənədinin Müşfiqin güllələndiyini sübut etdiyini bildirib: "Müşfiq bəraət qazanandan sonra Dilbər xanıma arayış verilmişdi. Bəzi iddialar
var ki, anam Müşfiqdən qalan əşyaları götürmək üçün Müşfiqin daha sonra
öldürüldüyünü deyib. Amma bu boş bir iddiadır. Çünki o sənəd tək anama verilməyib.
Həm də heç bir repressiya qurbanına konpensassiya verilməyib. Hamını necə 1956-da
necə çağırıblarsa Dilbər xanımı da o cür çağırıb 2 arayış verdilər. Bir
Müşfiqin güllələnmə sənədi bir də bəraət sənədi. İddialar var ki, Mircəfər
Bağırov Mikayıl Müşfiqi qoruyurdu. Amma qoruyurdusa niyə həbsdə saxlayırdı?
Müşfiqin əmisi oğlu da deyib ki, Müşfiqi elə Mircəfər Bağırov güllələyib. Əgər
qoruyurdusa, niyə güllələsin. Versiyalar çoxdur. Mərəzədə bir nəfər var tədqiqatçıdır.
O, 1938-ci ilin güllələrini saxlayır və o deyir ki, mən Müşfiqin dəfn olunduğu
yeri dəqiqliklə deyə bilərəm. Mikayıl Müşfiqin 1937-dən sonra yaşaması yalan
söhbətdir. Onu KQB necə buraxa bilər? O repressiya üçün həbs edilmişdi və heç
cür başqa yerə buraxıla bilməz".
12:04 12.09.2026
Oxunuş sayı: 63