Enerji marşrutlarında gərginlik artır
Səudiyyə Ərəbistanı “Şərq-Qərb” neft kəmərinə endirilən zərbələrin Yəməndən deyil, İraq ərazisindən həyata keçirildiyini rəsmi olaraq təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi açıqlamasında bu barədə məlumat verilib.
Bu məlumat İran və onun müttəfiqləri olan husilər və İraqdakı şiə silahlı qruplaşmalarının enerji bazarlarına müxtəlif istiqamətlərdən zərbə vurmaq məqsədilə koordinasiyalı fəaliyyət göstərdiyi barədə ehtimalları gündəmə gətirib.
Məlumata görə, husilər Bab əl-Məndəb boğazını ələ keçirib, İraqdakı silahlı qruplaşmalar “Şərq-Qərb” neft kəmərinə zərbə endirib. İranın isə Hörmüz boğazından keçən gəmiçiliyə ciddi təzyiq göstərdiyi bildirilir.
Beləliklə, İran, Yəmən və İraq istiqamətlərindən həyata keçirilən hərəkətlərin enerji təchizatı və beynəlxalq gəmiçilik üçün əlavə risklər yaratdığı qeyd olunur.
10:34 12.09.2026
Oxunuş sayı: 42