Putin üçün xüsusi şirniyyat hazırlandı
Hindistanın paytaxtı Yeni Dehlidə Rusiya Prezidenti Vladimir Putinin BRİKS sammitində iştirakı münasibətilə şokoladdan matryoşkalar hazırlanıb.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə məlumat yayıb.
Yerli televiziya kanalının məlumatına görə, şokolad matryoşkalar Rusiya mədəni irsini, ənənələrini, birliyi və varisliyi simvolizə edir.
Bundan əlavə, aşpazlar rus və hind mədəniyyətini əks etdirən hind şirniyyatları və müxtəlif inqrediyentlərdən ibarət thali də hazırlayıblar.
Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl Putinin dünyada böyük hörmətə malik olduğunu bildirib. Onun sözlərinə görə, bu, Yeni Dehlidə keçirilən BRİKS Biznes Forumunda da aydın şəkildə hiss olunub.
11:03 12.09.2026
Oxunuş sayı: 42