Kirill Budanov: Ukrayna istənilən vaxt atəşkəsə hazırdır
Ukrayna müharibənin mümkün qədər tez başa çatmasını istəyir və atəşkəsə razılaşmağa hazırdır.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidentinin Ofisinin rəhbəri Kirill Budanov bu barədə açıqlama verib.
Budanov bildirib ki, Kiyev müharibənin başa çatmasını istəyir və buna hazırdır. O, bunun yalnız normal və məqbul şərtlərlə mümkün olduğunu vurğulayıb.
"Ultimatum formatında - hər şeyi verin, üstəlik bizə borclu da qalın - deyil", - Budanov qeyd edib.
20:43 11.09.2026
Oxunuş sayı: 43