Maykl Kerrik: "Sabah"la matçda Çempionlar Liqasına uğurlu start vermək istəyirik"
İngiltərənin "Mançester Yunayted" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin "Sabah"la I tur qarşılaşmasını səbirsizliklə gözləyir.
Crossmedia.az xəbər verir ki, bunu "qırmızı şeytanlar"ın baş məşqçisi Maykl Kerrik sözügedən oyundan öncə mətbuat konfransında deyib.
O, cari mövsüm qitənin ən nüfuzlu klub turnirində uğurlu çıxış etmək istədiklərini bildirib.
"Çempionlar Liqası bizim üçün böyük önəm daşıyır. Bu turnir özünü Avropanın ən güclü komandaları ilə mübarizədə sınamaq deməkdir. "Mançester Yunayted" hər zaman yüksək yerlər uğrunda mübarizə aparır. Turnirə uğurlu start vermək istəyirik. Bu səbəbdən "Sabah"la sabahkı oyunu səbrsizliklə gözləyirik".
Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" görüşü sentyabrın 10-da, Bakı vaxtı ilə saat 23:00-da "Old Trafford"da start götürəcək. (Report)
17:16 09.09.2026
Oxunuş sayı: 37