İran müharibəsi dünya bazarında qiymətləri kəskin artırdı
İranla müharibənin başlamasından sonra dünya əmtəə bazarında enerji, xammal və kənd təsərrüfatı məhsullarının qiymətlərində kəskin artım qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, açıqlanan məlumatlarda 14 məhsul kateqoriyasında əhəmiyyətli bahalaşma olduğu bildirilir.
Ən böyük qiymət artımı Avropada təbii qazın qiymətində qeydə alınıb. Bu məhsul 125 faiz bahalaşıb. Kükürdün qiyməti 123 faiz, soba yanacağının qiyməti isə 77 faiz artıb.
Neft məhsulları seqmentində aviasiya yanacağının qiyməti 62 faiz, dizel yanacağının qiyməti 56 faiz, benzinin qiyməti isə 39 faiz yüksəlib. ABŞ-nin WTI markalı neftinin qiymətində də 36 faizlik artım qeydə alınıb.
Kənd təsərrüfatı məhsulları arasında düyü 47 faiz, pambıq 32 faiz, diammonium fosfat 26 faiz, buğda 24 faiz, palma yağı 22 faiz, qarğıdalı isə 17 faiz bahalaşıb.
17:49 08.09.2026
Oxunuş sayı: 43