Xərçəngin gizli siqnalları: çox vaxt GÖZDƏN QAÇIR
Qan xərçənginin bəzi ilkin əlamətləri adi yorğunluq və stressin təsirləri ilə qarışdırıla bilər.
Crossmedia.az xəbər verir ki, Surrey Live bu barədə həkim Çun Tanqın açıqlamasına istinadən məlumat yayıb.
Mütəxəssisin sözlərinə görə, insanlar çox vaxt əhəmiyyətsiz və müvəqqəti olduğunu düşündükləri simptomlara diqqət yetirmirlər. Bunlara gecə tərləməsi, dəridə qaşınma, baş ağrıları və səbəbsiz yaranan göyərmələr daxildir.
Qan xərçəngi tez-tez başgicəllənmə, qeyri-adi qanaxmalar, nəfəs darlığı və dərinin solğunlaşması kimi əlamətlərlə də özünü göstərə bilər. Çun Tanq bildirib ki, bəzi hallarda insan sadəcə özündə nəyinsə qaydasında olmadığını hiss edir və bu vəziyyətə də diqqətsiz yanaşmaq təhlükəli ola bilər.
Həkim bu kimi əlamətlər uzun müddət davam etdikdə və tədricən artdıqda onları nəzərdən qaçırmamağı tövsiyə edib. O, qeyri-adi dəyişiklikləri yaşlanma və ya gərgin iş qrafiki ilə əlaqələndirməyin düzgün olmadığını vurğulayıb.
Mütəxəssis həmçinin özünü yaxşı hiss etmək məqsədilə qida əlavələrindən həkim məsləhəti olmadan istifadə etməməyi tövsiyə edib.
14:36 08.09.2026
Oxunuş sayı: 45