Bağını qazarkən 18,5 kiloqramlıq Viking xəzinəsi tapdı
Danimarkanın Rebild bələdiyyəsində yeni terras tikintisi üçün bağını təmizləyən kişi Viking dövrünə aid ölkənin ən böyük gümüş xəzinəsini aşkar edib.
Crossmedia.az xəbər verir ki, Şimali Yutland Muzeylərinin məlumatına görə, tapıntı təxminən 700 gümüş əşyadan ibarətdir.
Xəzinənin ümumi çəkisi 18,5 kiloqramdır. Əşyalar arasında Tor çəkici, bilərziklər, gümüş külçələr və 47 sikkə var. Təxminən 320 əşyanın 10-cu əsrdə torpağa basdırıldığı güman edilən gil qabın içində olduğu müəyyənləşib.
Arxeoloqlar tapıntının Viking dövründə gümüşün sərvət və ödəniş vasitəsi kimi necə istifadə edildiyini göstərdiyini bildirirlər. Mütəxəssislər bu xəzinəni Viking dövründən qalan “seyf”lə müqayisə edərək onun Danimarkanın tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd ediblər.
03:16 08.09.2026
Oxunuş sayı: 43