Həbsxana əməkdaşı azadlığa buraxıldı yaz
Böyük Britaniyada həkim kabinetinin 33 yaşlı meneceri 517,2 min funt sterlinq oğurladığı halda ölkə həbsxanalarında yer çatışmazlığı səbəbindən həbs cəzasından yayınıb.
Crossmedia.az xəbər verir ki, “Daily Mail” bu barədə məlumat yayıb.
Londonda xəstəxanada çalışan Helena Payv iki il yarım ərzində iş yerindən 517,2 min funt sterlinq mənimsəyib. O, pul köçürmələrini mühasibatlıq qeydlərində dəyişiklik kimi göstərərək öz hesabına yönəldib. Payv xərc maddələrinin adlarını oxşar ifadələrlə əvəzləsə də, hesab nömrələrini dəyişməyib.
Oğurladığı pulların bir hissəsini Tesla markalı avtomobilə, televizora, “Hermes” və “Christian Dior” markalarının dizayner geyimlərinə xərcləyib. Bundan başqa, onlayn mağazadan 10 min funt sterlinq dəyərində elektron siqaretlər və avtomobil aksesuarları alıb. Polis onun evində axtarış apararkən bəzi sifarişlər hələ də ünvana çatdırılırmış.
Məhkəmədə hakim Kristofer Hehir Payvə üç il müddətinə şərti həbs cəzası verib və 160 saat məcburi ictimai iş təyin edib.
Qərarın əsas yüngülləşdirici hallarından biri onun iki azyaşlı övladının olması olub. Hakim həmçinin Böyük Britaniyada həbsxanaların dolu olduğunu və boş yerlərin olmadığını nəzərə alıb.
Payv məhkəməyə dizayner palto ilə gəlib və hökm elan edilərkən ağlayıb. İndiyədək ondan yalnız 7 min funt sterlinq geri alına bilib.
13:43 07.09.2026
Oxunuş sayı: 64