Rusiya Çornomorsk limanına ZƏRBƏ ENDİRDİ
Rusiya Müdafiə Nazirliyi Ukraynanın İzmayıl və Çornomorsk limanlarında hərbi yüklərin daşınması ilə əlaqəli obyekt və gəmilərə zərbələr endirildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, sentyabrın 6-da axşam Çornomorsk limanında Ukrayna Silahlı Qüvvələri üçün hərbi-texniki avadanlıq daşıdığı bildirilən “Mavka” quru yük gəmisinə zərbə endirilib.
Sentyabrın 7-də səhər isə İzmayıl limanında Qərb ölkələri tərəfindən Ukraynaya göndərilən hərbi yüklərin boşaldılması üçün istifadə edildiyi bildirilən istehsal-yükləmə kompleksinin vurulduğu açıqlanıb.
Rusiya Müdafiə Nazirliyi həmçinin Qara dənizdə Ukrayna Silahlı Qüvvələrinə məxsus patrul katerinin də vurulduğunu bildirib. Məlumata görə, kater hərbi təyinatlı yüklər daşıyan gəmilərin müşayiətində istifadə olunub.
Rusiya tərəfinin açıqladığı məlumatları müstəqil mənbələrdən təsdiqləmək mümkün deyil.
10:11 07.09.2026
Oxunuş sayı: 40