Alyona Hetmançuk ABŞ-ın Ukrayna planını açıqladı
ABŞ Ukraynaya PURL proqramı çərçivəsində hərbi yardım göstərməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, “RBC-Ukrayna” bu barədə məlumat yayıb.
Ukraynanın NATO-dakı nümayəndəsi Alyona Hetmançuk bildirib ki, tərəflər Vaşinqtonun təklif etdiyi yardım paketlərinin maliyyələşdirilməsi üzərində işləyirlər. Onun sözlərinə görə, Ukraynanın prioritet ehtiyaclarına uyğun silah siyahıları artıq hazırlanıb.
Diplomat qeyd edib ki, ABŞ tərəfi həmin silahların Ukraynaya tədarükünə hazırdır. O, yaxın vaxtlarda keçiriləcək “Ramşteyn” görüşündə bəzi ölkələrin bu paketlərin maliyyələşdirilməsi üçün əlavə vəsait ayırmağa hazır olduqlarını açıqlayacağına ümid etdiyini bildirib.
09:37 07.09.2026
Oxunuş sayı: 37