Türkiyədən möhtəşəm Qələbə
Türkiyənin qadınlardan ibarət voleybol millisi finalda İtaliyanı 3:2 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionu olub.
Crossmedia.az xəbər verir ki, Türkiyə Voleybol Federasiyası bu barədə məlumat yayıb.
İstanbulda keçirilən final qarşılaşmasında Türkiyə ilk seti 16:25 hesabı ilə uduzub. İkinci setdə 25:22 hesabı ilə qalib gələn Türkiyə hesabı bərabərləşdirib.
İtaliya üçüncü setdə 25:12 hesabı ilə yenidən önə keçib. Türkiyə dördüncü seti 25:21 hesabı ilə qazanaraq matçın taleyini tay-breykə daşıyıb.
Həlledici beşinci setdə Türkiyə 15:10 hesabı ilə üstün olub və görüşü 3:2 hesabı ilə qazanıb.
Beləliklə, Türkiyə 2023-cü ildən sonra ikinci dəfə qadınlar arasında Avropa çempionluğunu əldə edib və titulunu qoruyub.
Finalın ən məhsuldar oyunçularından biri Türkiyənin hücumçusu Melissa Vargas olub. O, 29 xal toplayaraq komandasının qələbəsinə mühüm töhfə verib.
09:25 07.09.2026
Oxunuş sayı: 45